Dünya Bankı: ARDNF-in ehtiyatları Azərbaycan iqtisadiyyatını risklərdən qoruyacaq
Dünya Bankı dövlətin maliyyə sektoruna dəstək tədbirlərini ləğv etdikdən sonra Azərbaycanda bəzi banklarda kapital və gəlirlilik nisbətlərinin pisləşəcəyini istisna etmir.
Bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında deyilir.
Hesabata görə, sözügedən proqnozun pisləşməsi riskləri orta müddətdə əhəmiyyətli dərəcədə qalır.
"Neft bazarında mövcud qiymət və tələbat tarazlığı ("equilibrium") kövrəkdir və əsasən "OPEC+" razılaşmalarından asılıdır. Bundan əlavə, pandemiyanın təkamülü hələ də qeyri-müəyyəndir və vaksinasiyanın sürətindən asılı olacaq. Nəhayət, regional geosiyasi risklər yaxın gələcəkdə yüksək səviyyədə qalacaq. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əhəmiyyətli ehtiyatları (2020-ci ilin sonunda ÜDM-in 100%-dən artıq – red.) iqtisadiyyatı bu risklərdən qorumağa kömək edəcək", - hesabatda bildirilir.
Qeyd edək ki, 2021-ci il yanvarın 1-ə Neft Fondunun aktivləri 43 564,3 mln. ABŞ dolları təşkil edib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 54 d. əvvəl
- 3 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
6 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
6 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























