Avropa İttifaqının Azərbaycanda regionların inkişafına dəstəyi barərədə təqdimat keçirilib
Avropa İttifaqının (Aİ )Azərbaycandakı Nümayəndəliyi Azərbaycanda kənd yerləri və regionların inkişafına göstərilən dəstək barədə media nümayəndələri üçün onlayn formatda təqdimat keçirilmişdir. Təqdimat "Kəndimiz" kampaniyası çərçivəsində baş tutmuşdur.
Avropa İttifaqının Azərbaycandakı Səfiri cənab Kəstutis Yankauskas, “Kəndimiz” kampaniyasında yer almış layihələrin nümayəndələri öz benefisiarları ilə təqdimatda iştirak etmişdir.
Aİ Nümayəndəliyinin Rəhbəri c-b Yankauskas demişdir: “Bu gün Avropa İttifaqının Azərbaycanda maliyyələşdirdiyi və növbəti illərdə də davam edəcək müxtəlif əməkdaşlıq layihələrinin yalnız bir hissəsi olan bir neçə layihəni təqdim etmək üçün seçmişik. Biz, xüsusi olaraq, kənd və rayonlara aid layihələri seçmişik, çünki dayanıqlı inkişafa nail olmaq, kənd və rayonların paytaxt Bakı kimi səfalı və inkişaf etmiş olması üçün bu çox vacibdir”.
Aİ-nın regionların və kənd yerlərinin inkişafı ilə bağlı fəaliyyəti və layihələri barədə qısa təqdimatdan sonra Nümayəndəliyin əməkdaşları, layihə rəhbərləri, eləcə də benefisiarlarla sual-cavab sessiyası keçirilmişdir. Təqdimat Nümayəndəliyin və layihələrin Facebook səhifələrində canlı yayımlanmışdır.
Ümumilikdə, kampaniyaya cəlb olunmuş altı layihədən dördü təqdimatda iştirak etmişdir: Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz regionlarını əhatə edən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA), “Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı”, “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” və Böyük Qafqazın dağlıq ərazilərində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi layihəsi.
Qeyd edək ki, 27 aprel-7 May tarixlərində keçirilmiş “Kəndimiz” kampaniyası çərçivəsində regionların və kənd yerlərinin inkişafı istiqamətində həyata keçirilən layihələrin fəaliyyəti ilə bağlı fotoşəkillər, video materiallar, məqalələr, infoqrafik məlumatlar, uğur hekayələri və s. Nümayəndəliyin və layihələrin sosial media şəbəkələrində (Facebook və İnstagram EUDelegationtoAzerbaijan) paylaşılmış, eləcə də Nümayəndəliyin https://eu4azerbaijan.eu/my-village/ internet səhifəsində yerləşdirilmişdir.
Kampaniyanın məqsədi Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına töhfə verən, regionlarda yaşayanlar üçün yeni iş imkanlarının yaradılmasını, mikrosahibkarlığı, kiçik ailə biznesini dəstəkləyən, yerli biomüxtəlifliyi qorunmasına yönələn və s. istiqamətlərdə görülən işlər barədə məlumatlandırmanı artırmaqdır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
24 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur


























