“PASHA CUP III” yarışmasının I təsnifat mərhələsinin nəticələri bəlli olub
(®️) 21-24 may tarixlərini əhatə edən “PASHA BANK CUP III” yarışmasının I təsnifat mərhələsi başa çatıb.
Ölkədə İT sahəsinin inkişafına dəstək verməyə və bu sahədə bacarıqlı kadrları üzə çıxarmağa yönələn yarışmanın ilk mərhələsi ümumilikdə 287 nəfərin iştirakı ilə keçib. Nəticələrə əsasən, iştirakçılardan 13-ü 100 %-lik, 30-u isə isə 50 %-dən yüksək nəticə göstərib.
İlk təsnifat mərhələsini 100 %-lik nəticə ilə başa vuran iştirakçıların adlarını diqqətinizə çatdırırıq:
- Fərid Əhmədli
- Səid Nəsibov
- Rəşad Məmmədov
- Ziya Muxtarov
- Amin Cəlilov
- Emin Orucov
- Əli Məhərrəmli
- Saleh İsayev
- Mixaylo Medvedyev
- Fidan Hüseynova
- İbrahim Tağızadə
- Xəlil Əsədzadə
- Nadir İsgəndərov
Tezliklə yarışmanın II təsnifat mərhələsi baş tutacaq. “Axtarış və sıralama” mövzusuna həsr olunan bu mərhələdə istənilən şəxs öncədən təqdim olunan keçid vasitəsilə yarışa qatıla və birincilik uğrunda mübarizəyə qoşula biləcək.
Xatırladaq ki, 2019-cu ildən etibarən keçirilən “PASHA Bank Cup” yarışmasında müxtəlif yaşlarda olan proqramçıların iştirakı nəzərdə tutulub. Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bu yarışmanı keçirməklə, iştirakçılara yeni fundamental biliklər əldə etmək, bacarıqlarını genişləndirmək və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün əlverişli imkan yaradır.
Yarışma haqda ətraflı məlumat üçün bu keçiddən istifadə edin:
https://cup.pashabank.digital/#news
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
2 d. əvvəl
Yay Dəli-Dolu gəlir! - Baku Electronics-də yayın ilk “Dəli-Dolu Təkliflər” kampaniyası başlayır!
-
- 18 d. əvvəl
-
21 d. əvvəl
500 mindən çox sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub
- 22 d. əvvəl
-
23 d. əvvəl
Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək
-
45 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
46 d. əvvəl
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Apple Intel ilə işləməyə razılaşdıqdan sonra, Intel-in səhmləri 10% bahalaşaraq rekord səviyyəyə çatıb
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Rəsmi məzənnələr açıqlandı



























