“Azərsun Holdinq” çay yığımına start verdi
"Azərsun Holdinq" tərəfindən yerli fermerlərdən çay qəbulu prosesinə başalnıb.
Holdinqdən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, ölkə başçısının çayçılığını inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlara uyğun olaraq, Şirkət hər il yerli fermerlərə çay əkinlərinin həyata keçirilməsi üçün müxtəlif maddi,texniki və aqrar yardım ayırıb. Azərsun Holdinq" tərəfindən həyata keçirilən çay qəbulu bütün bölgəni əhatə edir.
Milli markalarımızın dünya bazarlarına çıxarılması, “Made in Azerbaijan” brendinin təbliği və Azərbaycan çayının bütün dünyada tanıdılmasını prioriteti hesab edən “Azərsun” ölkənin cənub zonasında çay əkinçiliyi ilə məşğul olan fermerlərlə sıx əlaqələr yaradaraq onların fəaliyyəti üçün zəruri dəstək verir.
İldən ilə əkin sahələrinin ərazisini genişləndirən, çay məhsullarının dünya bazarlarına çıxarılması istiqamətində müxtəlif layihələr reallaşdıran “Azərsun” Azərbaycanın cənub bölgələrində yetişdirilən çay yarpaqlarını emal edərək yüksək keyfiyyətli “Azerçay” markasını istehsal edir və dünyanın müxtəlif ölkələrində bu milli brendimizin satışını həyata keçirir.
Qeyd edək ki, onlarla xarici ölkədə istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Azərsun"a məxsus "Azərçay" markası Bakıda təşkil olunmuş IV İslam Oyunlarının rəsmi dəstəkçisi olaraq yarışlarda yaxından iştirak edib. Ölkəmizdə qonaq olmuş xarici idmançılar, turistlər və səfərə yola düşən yerli vətəndaşlar Azərbaycanı ifadə edən hədiyyə kimi “Azərçay”ı seçərək, özləri ilə aparırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
6 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
7 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib


























