İcbari sığorta növləri üzrə bunları bilmək faydalıdır
Son zamanlarda baş verən yanğın və digər təbii fəlakətlər zərərlərin kompensasiya edilməsi üçün sığorta müqaviləsinə marağın artmasına təkan verir. Son statistik göstəricilər isə bu artımın nəinki həyat sığortası sahəsində, eyni zamanda qeyri-həyat sığortası növləri üzrə də davam etməsini bir daha sübut edir. Bu yazımızda icbari sığorta növləri üzrə xüsusi diqqət yetirilməli hallar barədə məlumat verəcəyik.
Mövzuya keçməzdən əvvəl qeyd etmək yerinə düşərdi ki, icbari qaydada tətbiq edilən sığorta növləri üzrə sığorta şirkəti (sığortaçı) nəzarət orqanından icazə alıbsa, həmin növ üzrə sığorta etdirmək istəyən şəxslə sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Bəzən sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlar icbari qaydada mülki məsuliyyəti üzrə sığortalamaqdan imtina edilməsi halları barədə məlumat versələr də, nəzərə almalıdırlar ki, sığortaçının həmin sığorta növü üzrə icazəsi varsa, sığortalamaqdan imtina etməsi qanun pozuntusudur.
- Həmçinin hansısa sığortaçı tərəfindən mütləq icbari növ üzrə onunla sığorta müqaviləsi bağlamağa təkid edilməsi qanun pozuntusudur. Belə ki, şəxs icbari və könüllü növü üzrə istədiyi sığortaçı ilə sığorta müqaviləsi bağlamaqda sərbəstdir.
- İcbari növlər üzrə sığorta müqaviləsi müqavilədə xüsusilə göstərilməsi halları istisna olmaqla, 1 il müddətinə bağlanılır. Onu da qeyd edək ki, bu növ müqavilələr üzrə müddət bitdikdən sonra yeni icbari müqavilə bağlanması mütləqdir.
- Qəzalı vəziyyətdə və ya istismara yararsız olan əmlakın icbari sığortaya cəlb edilməsi yolverilməzdir.
- Şəxsin gəlir itkisi, qanunazidd mənafeyi, cərimələnməsi, mərc, oyun və lotereyalarda iştirakı ilə bağlı mənafeyi sığortalana bilməz.
- Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nəqluyyat vasitəsini idarə edən şəxsin özü və ailə üzvlərindən başqa digər şəxslərin əmlak və sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.
Həmçinin oxu
İşəgötürənin işçini tanış etdirmək öhdəlikləri- Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlaka qanunla göstərilən hallar nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Daşınar əşyaya dəyən zərərlər bu növ üzrə ödənmir.
- Şəxs əmlakını könüllü qaydada tam və ya qismən də olsa sığortalamış olsa da, yenə də icbari növlər üzrə müqavilə bağlamaq öhdəliyi daşıyır. Daha çox ipoteka götürən şəxslərin qarşılaşdığı növlərdən olan əmlak sığortası üzrə aşağıdakıları qeyd etmək zəruridir:
- yaşayış evi və mənzillərin icbari qaydada sığortalanması ilə bağlı hazırda mexanizm mövcud olmadığı üçün ipoteka götürən şəxslər ipoteka üzrə səlahiyyətli qurumun tələbi üzrə könüllü qaydada sığorta müqaviləsi bağlayır. Qeyd etmək lazımdır ki, icbari növ üzrə Bakı şəhərində yerləşən yaşayış evi və mənzillər üçün 25 min manat nəzərdə tutulduğunu bilərək, gələcəkdə mexanizmin mövcudluğundan sonra icbari təminatı çıxmaqla könüllü əmlak sığortası üzrə müqavilə bağlamaq məqsədəuyğun sayılır.
- Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə müddəti bitməsinə az qalmış "bizimlə müqavilə bağlasanız endirim qazanacaqsınız" - deyərək zəng vuran şəxslərlə bağlı bilmək zəruridir ki, bu növ də daxil bütün icbari növlər üzrə hər hansı endirim tətbiq edilməsi qanunsuzdur. Müştəriyə bildirilib, daha sonra endirimli qiymət olaraq təqdim edilən sığorta haqqı məbləği bu növ üzrə elektronlaşmış sistem üzərindən təqdim edilən məbləğdir. Daha dəqiq desək endirimi sistem verə bilər, şirkətlər deyil.
Yekunda isə qeyd edək ki, icbari növlər üzrə mənəvi zərərlə bağlı tələblər, hərbi əməliyyatlar zamanı dəyən zərərlər, qiymətli kağız, rəsm əsəri, ixtira və qiymətli daşlara dəyən zərərlər də ödənilmir.
Müəllif: hüquqşünas Şəhriyar Həbilov
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 7 d. sonra
-
-
19 d. əvvəl
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
- 27 d. əvvəl
-
31 d. əvvəl
“AzerGold” və Qvineya məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəlib
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Göyçay-Şərab”ın gəlirləri və xalis mənfəəti kəskin azalıb
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Ən çox oxunanlar
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb

























