Dövlət ticarət obyektlərində sahələri icarəyə götürəcək
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nın təsdiq edilməsi haqqında" Fərman imzalayıb. Fərman ilə "Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib.
Qayda - mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində satışının genişləndirilməsinə, o cümlədən istehsal edilmiş məhsulların satışı ilə bağlı ticarət fəaliyyətinin təşkilinə çəkilən xərclərin ödənilməsi şərtlərini müəyyən edir.
Marja xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi satış yerini dövlət vəsaiti hesabına icarəyə götürəcək. Yerin götürülməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçiriləcəkdir.
Sahibkarların istehsal etdikləri məhsulların satışının genişləndirilməsinə dəstək üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən ticarət obyektinin müəyyən sahəsi (ticarət rəfləri, piştaxtalar, stellajlar və s.) icarəyə götürüləcəkdir. Bu sahələr satış yerləridir. Həmçinin ahibkarların məhsullarının satışı məqsədilə Agentliyin stendi, o cümlədən yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış satış-sərgi yerləri təşkil ediləcəkdir.
Agentlik tərəfindən icarəyə götürülmüş və sahibkarların istifadəsinə verilməmiş, habelə sahibkarların istifadəsinə verilmiş satış yerləri barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində, o cümlədən mövcud məlumatlandırma portallarında yerləşdirilir və mütəmadi olaraq yenilənəcəkdir.
Sahibkarların istehsal etdikləri məhsulların satış yerlərində yerləşdirilməsi onların müraciəti əsasında həyata keçiriləcəkdir. Sahibkarlardan daxil olmuş müraciətlər Qayda ilə müəyyən edilmiş meyarlara əsasən qiymətləndiriləcək və meyarların daha çoxuna uyğun gələn sahibkarlara üstünlük verilməklə, onlarla istehsal etdikləri məhsulların satış yerinin müəyyən hissəsində yerləşdirilməsi barədə müqavilə imzalanacaq və həmin sahibkarlar barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Qaydaya görə, müqaviləyə uyğun olaraq sahibkarın istifadəsinə verilən satış sahəsinin ölçüsü 50 sm müəyyən edilir. Müraciət edənlərin sayı, hər bir müraciət edənin məhsullarının çeşidlərinin sayı və ölçüləri nəzərə alınmaqla, Agentliyin qərarı ilə sahibkarların istifadəsinə verilən satış sahəsinin ölçüsü əlavə 50 sm-dək artırıla bilər.
Sahibkarın istehsal etdiyi məhsulların satış sahəsində yerləşdirilməsi barədə müqavilənin müddəti 3 ayadək müəyyən ediləcəkdir. Müraciət edənlərin sayı və istehlakçıların satış yerlərində yerləşdirilən məhsullara olan marağının həcmi nəzərə alınaraq, Agentliyin qərarı ilə sahibkarın istifadəsinə verilən satış sahəsindən istifadə müddəti bir dəfə 3 ayadək uzadıla bilər.
Satış sahəsinin sahibkarın istifadəsinə verilməsi ödənişli qaydada həyata keçiriləcəkdir. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilmiş satış sahəsinə görə, Agentliyin ödədiyi icarə haqqının 20%-i miqdarında, kiçik sahibkarlıq subyekti isə onun istifadəsinə verilmiş satış sahəsinə görə Agentliyin ödədiyi icarə haqqının 50%-i miqdarında haqqı Agentliyə ödəyəcəkdir.
Agentlik tərəfindən bir təqvim ili ərzində icarəyə götürülən satış yerlərinin sayı 10-dan çox, icarəyə götürülən bir satış yerinə görə illik icarə haqqı isə 20000 manatdan artıq ola bilməz.
Satış yerlərində ticarət fəaliyyətinin təşkilinə dəstək də veriləcək. Satış yerlərində ticarət fəaliyyətinin təşkilinə dəstək ticarət fəaliyyətinin həyata keçirilməsi üçün sahibkar tərəfindən alınan rəsmi sənədlərə ödənilmiş rüsum və xidmət haqlarının bir hissəsinin ödənilməsindən ibarətdir. Satış yerlərində ticarət fəaliyyətinin təşkilinə görə hər bir sahibkara ödənilən dəstək məbləği qeyd olunan işlərlə bağlı çəkilən xərclərin 50 faizini (1000 manatdan artıq olmamaqla) təşkil edir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
12 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
12 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























