“Re-Pie” və “Blackgarden” strateji əməkdaşlıq elan edir – ÖZƏL SƏRMAYƏ FONDU QURULA BİLƏR
Türkiyə şirkəti Azərbaycan şirkətilə özəl sərmayə fondunun qurulması niyyətini açıqlayıb.Türkiyədə aparıcı özəl səhm və vençur kapital şirkətlərindən biri olan “Re-Pie Asset Management Company” (Re-Pie), Qara dəniz və Xəzər dənizi regionu ölkələrində investorlara xidmətlər göstərən “Blackgarden” (Advisory / M&A/ Private Equity) ilə strateji əməkdaşlığını elan edib.
"Biz "Blackgarden" komandası ilə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Biz regiondakı müştərilərimizə və investorlarımıza fəaliyyətimizdən yaranan uzunmüddətli dəyərin çatdırılmasına fokuslanmışıq. Biz inanırıq ki, "Blackgarden"ın nəticə yönümlü yanaşması və yüksək keyfiyyətli biznesləri dərindən, fundamental dərk etməsi "Re-Pie" üçün böyük sinerji yaradacaqdır" - deyə, Re-Pie Asset Management-in sədri Dr. Emre Çamlibel bildirib.
“Re-Pie” Türkiyədə daşınmaz əmlak investisiya fondlarının və vençur kapital investisiya fondlarının idarə edilməsi ilə məşğul olan, İstanbul şəhərində yerləşən aktivlərin idarəedilməsi (asset management) şirkətdir. "Re-Pie" 17 daşınmaz əmlak və 14 vençur kapital investisiya fondlarını təsis edib və hal-hazırda idarə edir.“Re-Pie”, “Getir”-in investorlarından biridir. “Getir” Türkiyyənin unicorn-u olan və 7.7 milyard ABŞ dolları dəyərinə qiymətləndirilən və dünya miqyasına genişlənən startapdır. “Re-Pie” 22 özəl sərmayə (private equity) və vençur kapital investisiyaları ilə tanınır. Bunların arasında məşhur “Colendi” və “Turk.Net” yer alıb. Şirkətin idarə etdiyi portfelin ilin sonuna qədər 5 milyard TL-yə çatacağı gözlənilir (350 milyon ABŞ dolları).
“Re-Pie” və “Blackgarden”, investorlara regional sərmayə layihələrinə çıxış, daha yüksək gəlir əldə etmək və daha çox diversifikasiyaya nail olmaq imkanı təmin etmək üçün müvafiq xidmət bazasını genişləndirəcəklər.
“Blackgarden Advisory” fərdi investisiyalar, biznesin satınalınması və satışı (Mergers & Acquisitions) və bizneslərə strateji məsləhət xidmətlərini göstərən və mərkəzi ofisi Bakıda yerləşən şirkətidir. “Blackgarden”in xidmətləri Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Yaxın Şərq bazarlarını əhatə edir. "Blackgarden" həmçinin ABŞ, BK və MŞA (Mərkəzi və Şərqi Avropa) bazarları ilə maraqlanan müştərilərə də xidmətlər göstərir.
“Blackgarden Advisory” fərdi və korporativ investorlara, sahibkarlara və ailə bizneslərinə, biznes və fərdi investisiyalar və yatırımlar sahəsi üzrə xidmətlər təqdim edir. “Blackgarden Advisory”nin nəticə yönümlü praktikası, onları tez bir zamanda regionda etibarlı biznes məsləhətçisinə və mürəkkəb məsələlərdə həll təqdim edən tərəfdaş kimi tanıdıb.
''Re-Pie Asset Management Company" ilə əməkdaşlıqlığımız böyük əhəmiyyət kəsb edir. "Re-Pie"-ın bazarda aparıcı nüfuzuna, dəyərli strateji xidmətlərinə görə ideal tərəfdaş kimi görürük'' - deyə "Blackgarden Advisory" şirkətinin həmtəsisçisi Emin Kərimov bildirib.
Həmçinin "Re-Pie" "Blackgarden" ilə əməkdaşlıq çərçivəsində Azərbaycana fokuslanacaq özəl sərmayə fondunun qurulması niyyətini də açıqlayıb.
"Birgə fəaliyyətimiz bizi olduqca həyəcanlandırır. Çünkü fokuslandığımız regionda bizim əməkdaşlağımız, investorlar üçün olduqca dəyərlidir. Biz ambisiyalı investisiya planlarımızı həyata keçirmək üçün birgə işləməyi və müştərilər üçün qeyri-standart həllərin təqdim olunmasını səbirsizliklə gözləyirik" - deyə, "Blackgarden Advisory" şirkətinin həmtəsisçisi Elçin Abdullayev bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 28 d. əvvəl
- 44 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
- 50 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
-
1 saat əvvəl
Azərbaycanın elektrik enerjisi satışından gəliri 3 dəfə azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Qeyri-neft ixracına pambıq dəstəyi
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycanın sement ixracında geriləmə - 20,4% azalıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı






















