Naxçıvan iqtisadiyyatı 1,4 faiz artıb
Muxtar respublikada 2021-ci ilin yanvar-noyabr aylarında 2 milyard 631 milyon 572 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Majra xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 5693,6 manat olmuşdur.
* * *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 991 milyon 794 min 100 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
* * *
Vəsait qoyuluşları çərçivəsində 2021-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 961 milyon 676 min 200 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 914 milyon 688 min 400 manatı və ya 95,1 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2021-ci ilin yanvar-noyabr aylarında 483 milyon 441 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 25085 ton, süd istehsalı 84432 ton olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,7 faiz, süd istehsalı isə 1,6 faiz artmışdır.
* * *
2021-ci ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 55 milyon 566 min 600 manat olmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 6,8 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 41 milyon 831 min 500 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,4 faiz artmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2021-ci ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 207 milyon 694 min 500 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 26 faiz çoxdur. Verilmiş kreditlərin 22 milyon 214 min 400 manatı və yaxud 10,7 faizi qısamüddətli, 185 milyon 480 min 100 manatı və yaxud 89,3 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
* * *
2021-ci ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 546,8 manata çatdırılmışdır ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
* * *
1 noyabr 2021-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1253 nəfər artaraq 462 min 836 nəfər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 17 d. əvvəl
-
19 d. əvvəl
Azərbaycanda vençur kapitalı fondlarına dair ümumi müddəalar müəyyənləşir
-
50 d. əvvəl
“İrşad”-da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü
-
54 d. əvvəl
Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
-
1 saat əvvəl
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bu mallar da gömrük rüsumlarından azad olunur
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb
Ən çox oxunanlar
İnterneti sürətli və zəif olan provayderlər - SİYAHI
PAŞA Bank-ın rəhbər heyəti Londonda keçirilən Strateji Liderlik Sammitində iştirak edib
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
İyunun 18-də gözlənilən hava şəraiti
Qeyri-neft ixracına pambıq dəstəyi
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb






















