Azərbaycanda pambıq sahəsi üzrə - İLK AQRAR SIĞORTA ÖDƏNİŞİ EDİLİB
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi üzrə pambıq sahələri üzrə ilk aqrar sığorta ödənişi edilib.
Aqrar Sığorta Fondunun məlumatına görə, ölkənin ən böyük pambıq istehsalçılarından olan “MKT İstehsalat Kommersiya” MMC-nin müxtəlif rayonlardakı pambıq əkini sahələri Aqrar Sığorta Fondu tərəfindən sığorta edilib.
Bitki xəstəlikləri nəticəsində şirkətin Yevlax rayonu Aran qəsəbəsində yerləşən, sahəsi 15 hektar olan pambıq sahəsinə və Ağcabədi rayonunuqn Əhmədbəyli kəndinda yerləşən ümumi sahəsi sahəsi 41 hektar olan pambıq sahəsinə zərər dəymişdir.
Aqrar Sığorta Fondu və “MKT İstehsalat Kommersiya” MMC arasında imzalanmış müvafiq müqaviləyə uyğun olaraq, baş vermiş sığorta hadisəsi üzrə “MKT İstehsalat Kommersiya” MMC-yə 17 min 834 AZN və 7 min 116 AZN olmaqla ümumilikdə 24 min 950 AZN ödəniş edilib.
Bu - Azərbaycanda dövlət dəstəkli aqrar sığortanın tətbiqindən sonra pambıq sahələri üzrə ilk sığorta ödənişidir. Sığorta ödənişi ilə bağlı olaraq 21 yanvar 2022-ci il tarixində “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq emalı zavodunda keçirilən tədbirdə Aqrar Sığorta Fondunun və “MKT İstehsalat Kommersiya” MMC-nin rəhbərliyi, Ağcabədi DAİM və digər dövlət qurumlarının nümayəndələri, əkinçilik və digər sahələrdə fəaliyyət göstərən fermerlər və iş adamları iştirak edib.
Tədbirdə qeyd edilib ki, Azərbaycanda 2020-ci ilin sonundan fəaliyyətə başlayan dövlət dəstəkli aqrar sığorta çərçivəsində ümumilikdə 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Sığortalanan pambıq sahələri isə 10,5 min hektardan artıqdır.
Aqrar sığorta əkin sahələri ilə bağlı dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri, eləcə də bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri üzrə təminat verir.
Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Firdovsi Ağaşirinov bildirib ki, kənd təsərrüfatında strateji istiqamətlərdən olan pambıqçılıq sahəsinin sığortaya cəlb edilməsi bu sahədə çalışan fermer və şirkətlərin risklərini qorumaqla yanaşı, pambıqçılıqdan faydalanan bölgə sakinlərinin rifahına da müsbət təsir edir.
"Nazirlər Kabinetinin müvafiq qərarları ilə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısı 14-dən 41-ə qaldırılıb, nəticədə ölkədəki əkin sahələrinin 95%-ni sığortalamaq mümkündür. Bu gün həyata keçirilən sığorta ödənişi göstərir ki, aqrar sığorta kənd təsərrüfatı sahəsində biznesin dayanıqlığına dəstək verməyə başlayıb. Sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsi və dövlət təminatı nəticəsində aqrar sığorta fermerlər üçün sərfəli və etibarlı alətə çevrilib".
Tədbirdə çıxış edən “MKT İstehsalat Kommersiya” MMC-nin İdarə heyətinin üzvü və Baş əməliyyat direktoru Vüqar Ağayev təmsil etdiyi qurumun aqrar sığorta mexanizminin fəaliyyətindən məmnun qaldığını bildirib. Onun sözlərinə görə, “MKT İstehsalat Kommersiya” MMC ölkənin müxtəlif bölgələrində pambıq sahələri və pambıq emalı zavodları mövcuddur.
Etibarlı sığorta mexanizminin işə düşməsi və ödənişlərin verilməsi isə “MKT İstehsalat Kommersiya” MMC ilə yanaşı, bu sahədə fəaliyyət göstərən çoxsaylı yerli fermerin də risklərdən qorunmasına kömək edəcək.
Tədbir çərçivəsində Ağcabədi DAİM-in dəstəyi ilə yerli fermerlərlə görüş də keçirilib. Onlara aqrar sığorta mexanizmi, onun faydaları, heyvandarlıq və bitkiçilik məhsullarının sığortası şərtləri barədə geniş məlumat verilib, sualları ətraflı cavablandırılıb.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 6 saat sonra
-
-
5 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
9 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 10 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
12 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























