QLobal bank Türkiyənin yeni əmənət məhsulunu hökumət üçün riskli hesab edir
Almaniya bankı "Deutsche Bank" valyutanın bahalaşmasından qorunan əmanət məhsulunun türk lirəsinin ucuzlaşacağı təqdirdə dövlətin maliyyə yükünü artıracağını və Türkiyənin hazırda türk lirəsinin ucuzlaşmasına qarşı daha həssas olduğunu bildirib.
Məhsulu şərtinə görə, Dolların məzənnəsinin artımı bankların ödədiyi faizdən artıq olduğu halda, Türk Lirəsi əmanətçilərinə hökumət kompensasiya ödəyəcək.
Marja-nın məlumatına görə. "Deutsche Bank" dərc etdiyi araşdırma hesabatında bildirib ki, Türkiyə hazırda türk lirəsinin dəyər itirməsinə daha həssasdır, qorunan əmanətlər və xarici valyuta borcunun maliyyə yükü hökumətin borcunun 66 faizini təşkil edir.
Hökumətin valyuta borclarının 66 faizə çatdığını və dekabr ayında məzənnənin aşağı düşməsi səbəbindən bunun daha da artacağını gözlədiklərini bildirən Bank, yeni əmanət məhsulunun Dolların bahalşaması (eyni zamanda türk lirəsinin ucuzlaşması) zamanı ölkənin maliyyə yükünü artıracağını bildirib.
"Buna görə də 2022-ci ilin ilk rübündə Mərkəzi Bankın (TCMB) faizində böyük bir artım olacağına dair fikirlərimizi saxlayırıq" deyən "Deutsche Bank", inflyasiyanın may ayına qədər artmağa davam edəcəyini düşündüklərini əlavə edib.
Yanvar ayında inflyasiyanın 46 faizə yüksələcəyini gözləyən Bank, may ayında inflyasiyanın 53 faizə yüksələcəyini düşündüklərini və TCMB-dən siyasət dəyişikliyi olmasa, inflyasiyanın 2022-ci ilin noyabr ayına qədər 50 faizin üzərində qalmağa davam edəcəyini bildirib.
"Deutsche Bank", Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının dollarlaşma, zəif türk lirəsi və artan inflyasiya səbəbiylə 2022-ci ilin birinci rübünün sonuna doğru faizini 10 bənd artıraraq 25 faizə yüksəltməli ola biləcəyini bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























