Gürcüstan Milli Bankı faizini dəyişməz saxlayıb
Gürcüstan Milli Bankının Pul Siyasəti Komitəsi çərşənbə günü keçirdiyi iclasda yenidən maliyyələşdirmə dərəcəsini illik 10,5% səviyyəsində saxlamaq qərarına gəlib.
Marja xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında deyilir.
“2 fevral 2022-ci il tarixində Gürcüstan Milli Bankının Pul Siyasəti Komitəsi yenidən maliyyələşdirmə dərəcəsini dəyişməz saxlamaq qərarına gəlib. Pul siyasəti dərəcəsi 10,5% təşkil edir”, - deyə məlumatda bildirilir.
Milli Bank iddia edir ki, 2021-ci ilin dekabrında Gürcüstanda illik inflyasiya 13,9% təşkil edib. Tənzimləyici inflyasiyanın yazdan etibarən davamlı şəkildə azalmağa başlayacağını və ilin sonuna kimi 3%-lik hədəfə çatacağını gözləyir.
“Son aylarda həm baza, həm də aylıq inflyasiya stabilləşmənin ilkin əlamətlərini göstərdi. Mövcud proqnozlara görə, bu ilin yazından etibarən inflyasiyanın tədricən azalmağa başlayacağı və ilin sonuna kimi hədəfə yaxınlaşacağı gözlənilir. Müvəqqəti amillərin aradan qalxması və fiskal konsolidasiya ilə birlikdə sərtləşdirilmiş pul siyasəti inflyasiyanın azalmasına kömək edəcək”, - deyə Milli Bank əlavə edib.
Pul siyasəti komitəsinin əvvəlki iclası 2021-ci il dekabrın 8-də baş tutub, o zaman uçot dərəcəsinin illik 10%-dən 10,5%-ə qaldırılması barədə qərar qəbul edilib. Növbəti iclas martın 30-na təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















