Meta-nın bazar dəyəri bir gündə 237 milyard dollar "əridi"
Facebook, Instagram, WhatsApp-ın sahibi olan Meta şirkətinin səhmləri bir gündə 26 faizdən çox ucuzlaşıb və şirkətin bazar dəyərinidən 237 milyard dollar silinib. Mark Zukerberqin şəxsi sərvəti 30 milyard dollardan çox azalıb.
Marja xəbər verir ki, bu, ABŞ şirkəti tərəfindən indiyə qədərki ən böyük bir günlük itkidir. Meta-nın səhmlərinin ucuzlaşması, şirkətin hesabatında gündəlik istifadəçi saylarının ilk dəfə azaldığını bildirməsindən sonra gələcəyi ilə bağlı narahatlıqlar fonunda baş verir.
Baş direktor Mark Zukerberq diqqətini “metaverse” planlarına yönəltdiyi üçün şirkət gənclər arasında populyarlığının azalması ilə mübarizə aparır.
Analitiklər Meta-nın Tiktok kimi rəqibləri ilə güclü rəqabətdə olduğunu və elan edilən gəlirin gözləniləndən xeyli aşağı olduğunu bildirirlər. Son vaxtlar Tiktok sürətlə məşhurlaşaraq Facebook və İnstagram-ı sıxışdırır.
Hazırda Meta-nın bazar dəyəri təxminən 661 milyard dollardır.
Meta-nın mənfəəti dördüncü rübdə azalıb
Adını “Meta” olaraq dəyişdirən “Facebook” ötən ilin oktyabr-dekabr dövrü üçün balansını açıqlayıb. “Meta” adı ilə ilk balans hesabatını təqdim edən “Facebook”un xalis mənfəəti ötən ilin son rübündə 8 faiz azalaraq 10,3 milyard dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























