Ödənişli təhsil alan tələbələrin sayı açıqlanıb
15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972 nəfəri ali, orta ixtisas və orta təhsilə malikdir. Əhalinin hər 10000 nəfərinə ali təhsil müəssisələrində tələbələrin sayı 200 nəfərdir, orta ixtisas təhsili müəssisələrində 63 nəfərdir.
Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev keçirilən mətbuat konfransında deyib. Onun sözləerinə görə, bütün əyani təhsil alan tələbələrin 59,5% ödənişli təhsil alır, o cümlədən bakalavriat səviyyəsi üzrə 58,5%, magistratura səviyyəsi üzrə 62.8% və subbakalavriat səviyyəsi üzrə 61% ödənişli təhsil alır:
"Əyani formada ödənişli təhsil alan tələbələrin 13,8 faizinin və ya 20200 nəfərinin təhsil haqqını dövlət ödəyir. TTKF almaq hüququ 56208 tələbədə o cümlədən, bakalavriat səviyyəsində 40465 tələbədə, magistratura səviyyəsində 5426 tələbədə, subbakalavriat səviyyəsində 10318 tələbədə yaranır" - deyə, o bildirib.
Təhsil krediti almaq hüququ olan tələbələrin sayı açıqlanıb
“Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 min 208 nəfərdir”.
Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev keçirilən mətbuat konfransında deyib.
"39 min 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir" - deyə, o bildirib. Onlardan 40465-i bakalavriat, 5426-sı magistratura, 10318-i subbakalavriat üzrə təhsil alanlardır” – o, deyib.
Azərbaycanda 20 mindən çox tələbənin təhsil haqqını dövlət ödəyir
Əyani formada ödənişli təhsil alan tələbələrin 13,8 faizinin və ya 20 200 nəfərinin təhsil haqqını dövlət ödəyir.
Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, onlardan məcburi köçkün statuslu tələbələrin sayı 13 400 (bakalavriat 12 450, magistratura 950), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələr 1555 (bakalavriat 1150, magistratura 85, subbakalavr 320), Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş və əlil olmuş şəxslərin uşaqları 3935 (bakalavriat 3150, magistratura 105, subbakalavr 680), əlilliyi olan tələbələrin sayı (1 və 2-ci dərəcə və SİMŞ.) isə 1310-dur (bakalavr 750, magistratura 60, subbakalavr 500).
A. Paşayev deyib ki, müraciət edən tələbələrin telefonuna krediti rəsmiləşdirmək üçün link göndərilir və onlar həmin linkə daxil olaraq rəsmiləşdirirlər:
“Lakin bəzi telefon növləri linklərin aktivləşdirilməsini təmin edə bilmir. Belə olduğu halda həmin tələbələrə alternativlər təqdim edilir. Keçən həftə 420 nəfər buna görə imtina alıb”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
3 saat əvvəl
Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
4 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb



























