Goldman 2022-ci il üçün qızılın qiyməti proqnozunu açıqladı
Qlobal investisiya bankı "Goldman Sachs"ın strateqləri ABŞ-da faizlərin artdığı dövrdə qızılın yaxşı performans göstərdiyini qeyd edərək, qızılın qiymətinin 2022-ci ilin sonunda 2150 dollara çatacağını düşündüklərini bildiriblər."Goldman Sachs"ın strateqləri, iqtisadi artımın yavaşlaması və artan inflyasiyanın 2022-ci ildə qızıla investisiya tələbini artıracağını, qızılın 12 aylıq qiymət proqnozunu bir unsiya üçün 2000 dollardan 2150 dollara yüksəltdiklərini bildiriblər.
Marja xəbər verir ki, ümumi investor gözləntilərinin əksinə olaraq ABŞ-da faiz dərəcələrinin yüksəldiyi dövrdə qızılın yaxşı performans göstərdiyini qeyd edən Goldman strateqləri, ABŞ-da iqtisadi artımın yavaşlaması və inkişaf edən ölkələrin alıcılıq qabiliyyətinin artması ilə qızıl qiymətlərinin dəstəklənəcəyini vurğulayıblar.
Qızılın 2021-ci ildə yüksək inflyasiyaya qarşı kifayət qədər müdafiə (qorunma) təmin etmədiyini bildirən strateqlər, bunun daha çox inflyasiyanın müvəqqəti nəzərə alınmasından qaynaqlandığını bildiriblər.
Qızılın geosiyasi risklərə qarşı effektiv qorunmaq vasitəsi olduğunu qeyd edən strateqlər, geosiyasi risklərin ABŞ iqtisadiyyatına birbaşa təsir etmədiyi təqdirdə bu qorunmanın daha zəif ola biləcəyini bildiriblər.
Risk iştahı aşağı olduqda qızılın inflyasiyadan qorunma təmin etdiyini bildirən strateqlər, risk iştahının yüksək olduğu zaman Bitcoin-in inflyasiyaya qarşı qoruma təmin etdiyini qeyd ediblər.
Hazırda qızılın 1 unsiyası 1818 dollardan ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























