Ukrayna ətrafında böhran fonunda Avropada qazın qiyməti 14% -ə yaxın artıb
Ukrayna ətrafında gərginliyin artması fonunda bazar ertəsi ticarətin açılışında Avropada qazın qiyməti yanvarın sonundan bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 dollardan yuxarı qalxıb.
Marja London ICE birjasının məlumatına itinadən xəbər verir ki, qazın qiymətinin ümumi artımı təxminən 13,7% təşkil edir.
Mart fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1031,8 dollara yüksəlib (və ya MVt/saat üçün 88 avro).
Bu günə kimi qazın qiyməti 1000 kubmetr üçün 980 dollardan aşağı idi.
Ukraynada səfirlikləri yerləşən bir sıra ölkələr əməkdaşlarının ölkədən təxliyə edildiyini və ya belə bir ehtimalı nəzərdən keçirdiklərini bildiriblər. Dövlətin bu cür hərəkətləri Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqələndirilir.
Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artırılması adlandırıb. O vurğulayıb ki, Rusiya heç kimə təhlükə yaratmır. Eyni zamanda, Peskov bu cür bəyanatlar ilə təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqindəki böhranın həlli üçün gücdən istifadə cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.
Rusiya qazının Ukrayna ərazisindən tranziti də aşağı olaraq qalır.
“Qazprom”un qazının Yamal-Avropa kəməri ilə Almaniya istiqamətində birbaşa nəqli hələ də dayandırılıb. Rusiya holdinqi avropalı istehlakçıların müraciətlərinin olmaması səbəbindən ötən il dekabrın 21-də Yamal-Avropa qaz kəməri ilə birbaşa istiqamətdə Avropaya qaz nəqlini dayandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















