Neft bazarı hasilata ciddi sərmayə çatışmazlığı ilə üzləşib - OPEC rəhbəri
Neft bazarındakı vəziyyət, geosiyasi gərginliklə yanaşı, sənayeyə əhəmiyyətli dərəcədə az sərmayə qoyulması ilə də mürəkkəbləşir.
Marja xəbər verir ki, bunu jurnalistlərə Misir beynəlxalq neft sərgisi (Egypt Petroleum Show) çərçivəsində OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.
“Hazırda geosiyasətin neft bazarına təsir göstərməsi ilə yanaşı, sənayeyə əhəmiyyətli dərəcədə az sərmayə qoyulması problemi də var”, - o deyib.
Məhəmməd Barkindo, neft sənayesinin sərmayə çatışmazlığından yaranan böhranla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Barkindo qeyd edib ki, 2015-2016-cı illərdə neft hasilatına investisiyalar 50 faizdən çox, koronavirus pandemiyası zamanı isə 30 faiz azalıb.
Barkindo həmçinin etiraf edib ki, OPEC+ sazişində iştirak edən bəzi ölkələr neft hasilatını artırmaqla bağlı çətinliklər yaşayır: “Lakin biz yenidən bu ölkələrdə [neft sənayesinə] kifayət qədər sərmayə qoyulmaması probleminə qayıdırıq. Mənim ölkəmə, məsələn, Nigeriyaya baxsanız, eyni problemlərlə üzləşir. Əgər [OPEC+ sazişi çərçivəsində] öhdəliklərimizə və gördüyümüz işlərə baxsanız, əlbəttə ki, kəsir görəcəksiniz. Beləliklə, dünyanın indi istehsal edə biləcəyimiz hər bir barelə ehtiyacı var".
Bir müddət əvvəl Egypt Petroleum Show beynəlxalq sərgisinin sessiyası zamanı BƏƏ-nin energetika naziri Suheil əl-Mazrui Ukrayna ətrafındakı vəziyyətlə bağlı geosiyasi gərginliyi enerji daşıyıcılarının qiymətinin artmasının əsas amili adlandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























