Dünya ərzaq qiymətləri 2022-ci ildə də yüksək olaraq qalacaq
Cari il ərzində dünya bazarında ərzaq qiymətləri yüksək olaraq qalacaq.
Marja xəbər verir ki, bu barədə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) analitiki Arçila İmanişvili bildirib.
Ekspert bildirib ki, ərzaq məhsullarının və enerjinin bahalaşması artıq əksər ölkələrdə yüksək inflyasiyaya səbəb olub. İmanişvili xatırladıb ki, Beynəlxalq Valyuta Fondu bu il beynəlxalq bazarlarda bu malların mülayim qiymətlərini proqnozlaşdırır: “Bu o deməkdir ki, 2022-ci ildə ərzaq qiymətləri yüksək olaraq qalacaq”.
Keçən il buğda, şəkər, yağ, ət və bir çox digər əsas ərzaq məhsulları 35-50 faiz bahalaşıb. Analitik onu da qeyd edib ki, ötən ilin əvvəlindən hətta inkişaf etmiş iqtisadiyyatlarda da istehlak qiymətləri sürətlə artıb. QDTİB-ə üzv ölkələrdə də (Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Rusiya, Gürcüstan, Moldova, Rumıniya, Türkiyə və Ukrayna) istisna deyil.
Qara dəniz regionunda ən yüksək inflyasiya Türkiyədədir - 36 faiz. Ekspertlərin fikrincə, bu, yumşaq pul siyasəti ilə bağlıdır. Ən aşağı göstərici (dörd faiz) Albaniyada olub. İmanişvili buna səbəb kimi qlobal amilləri göstərib: pandemiya, məhsullar, işçilər və xidmətlər üçün artan xərclər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























