Britaniyada inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb
Böyük Britaniyada inflyasiya yanvar ayında da son 30 ilin ən yüksək səviyyəsinə yüksəlib.Yanvar ayında Böyük Britaniyada inflyasiya yüksək tempini qoruyub.
Marja xəbər verir ki, bu, İngiltərə Mərkəzi Bankının (BoE) daha aqressiv şəkildə faiz artıracağına dair gözləntiləri də artırıb.
İllik inflyasiya 5,5 faizə çatıb ki, bu da son 30 ilin ən yüksək göstəricisidir. İqtisadçılar və Mərkəzi Bank inflyasiyanın dəyişməyərək 5,4 faiz səviyyəsində qalacağını gözləyirdi. İnflyasiya aylıq 0,1 faiz artıb. Baza inflyasiya da 4,4 faizə yüksəlib.
Gözləntilərin üzərində olan məlumatlardan sonra Mərkəzi Bankın növbəti ayda faiz dərəcəsini 0,50 bənd artıracağı ehtimalını gücləndirib.
Mərkəzi Bank elektrik enerjisi qiymətlərindəki artımlarla birlikdə aprel ayında inflyasiyanın 7,25 faiz olmaqla zirvəyə çatacağını gözləyir. Bu, bankın 2 faizlik hədəfindən xeyli yuxarıdır. Bank inflyasiyanın hədəfi aşması səbəbindən 2004-cü ildən bəri ilk dəfə olaraq faiz dərəcələrini artırmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























