Haynanda rüsumsuz mağazaların satışı ilin əvvəlindən 1,57 milyard dolları ötüb
Çinin cənubundakı Haynan (Hainan) əyalətində 10 rüsumsuz mağazanın satışı bu ilin bir yarım ayında 9,954 milyard yuana (təxminən 1,57 milyard dollar) çatıb ki, bu da illik müqayisədə 70% çoxdur.
Marja xəbər verir ki, bu barədə Nanhayvan portalı məlumat yayıb.
Məlumatda qeyd edildiyib ki, yanvarın 1-dən fevralın 13-dək olan müddətdə mağazalar ümumilikdə 1,61 milyon müştəriyə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 68% çoxdur. Satılan malların sayı illik müqayisədə 89% artaraq 9,6 milyon ədəd olub.
Çinin Haynan əyalətində rüsumsuz mağazalar şəbəkəsinin inkişafı üçün pilot proqram Çin hökuməti tərəfindən 2011-ci ildə başlamışdır. 2020-ci il iyulun 1-dən əyalət hökuməti rüsumsuz mağazalarda alış-veriş üçün bir nəfər üçün nəzərdə tutulan kvotanı 30 min yuanadan 100 min yuana (4,2 min dollardan 14,2 min dollara) yüksəldib. Rüsumsuz malların kateqoriyalarının siyahısı da 38-dən 45-ə qədər genişləndirilib.
2021-ci ildə Haynanda üç yeni rüsumsuz mağaza açılıb və ümumi sayı 10-a çatıb. Keçən il Haynandakı rüsumsuz mağazaların gəlirləri 2020-ci illə müqayisədə 84% artaraq 60,2 milyard yuan (təxminən 9,4 milyard dollar) təşkil edib.
Hainan Çinin bir ada əyalətidir və ölkənin ən cənub nöqtəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















