Qızılın qiyməti 2021-ci ilin iyun ayından bəri ilk dəfə 1900 dolları ötdü
Comex birjasının hərraclarında (CME Group-a daxildir) qızılın qiyməti 1,64% artaraq 1 troy unsiyası üçün 1902,2 dollara çatıb. Marja xəbər verir ki, qızılın qiyməti sonuncu dəfə 11 iyun 2021-ci ildə bir troy unsiyası üçün 1900 dollar səviyyəsindən yuxarı olub.
Bakı vaxtı ilə saat 21:52-də qızılın qiyməti 1,6% bahalaşma ilə 1 troy unsiyası üçün 1899,1 dollar təşkil edib.
"Ukrayna ətrafında geosiyasi gərginlik və ABŞ-da yüksək inflyasiya səviyyəsi qızılın qiymətinin artmasına təsir edir", - analitiklər bildirirlər.
Həmçinin analitiklər bildirirlər ki, qızılın qiymətinin daha da artmasına ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiya ilə mübarizə məqsədilə gözlənilən faiz artırması mane ola bilər. Nəticədə, sabit gəlirli aktivlər investorlar üçün daha cəlbedici olmalı, dollar isə “güclənməlidir”. Hər iki prosesin qızılın qiymətinə mənfi təsir göstərəcəyi gözlənilir.
“Əgər 2023-cü ilə nəzər salsaq, daha uzunmüddətli üfüqdən danışsaq, o zaman qlobal inflyasiya səbəbindən qızıl hasilatının artan maya dəyərinə diqqət yetirmək lazımdır. Bu, bu metalın qiymətini dəstəkləyə bilər”, - analitiklər qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























