"..müraciətlər olundu ki, Azərbaycana kreditlər verilməsin"
"Təşkilat təzyiq alətinə çevrilib"
"Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (MSŞT) çıxması ölkənin investisiya reytinqinə təsir etməyib".
Bunu Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqı biznes forumunda iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
"Azərbaycanın bu təşəbbüsdən çıxması digər sahələrə də təsir etməyib", - deyə S.Babayev qeyd edib.
Nazir müavini bildirib ki, öz məqsədlərindən kənara çıxan təşkilat təzyiq alətinə çevrilib: "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı bizim müzakirələrimiz olub. Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün əsas iştirakçılarından olub və əldə etdiyi uğurlara görə beynəlxalq dəyərləndirmə də alıb. Təəssüf ki, son dövrlər bu təşkilatın öz məqsədlərindən kənara çıxaraq daha çox təzyiq alətinə çevrildiyini gördük. Azərbaycan ilk monitorinq olunan ölkə oldu. Əsas meyar olan mədən şəffaflığı ilə bağlı iradlar eşitmədik. İradlar başqa sahələrlə bağlı idi. Azərbaycana qarşı təzyiq istəkləri var idi. Ona görə də Azərbaycan bu təşəbbüsdən çıxdı. Lakin Azərbaycan şəffaflıq prinsiplərindən geri çəkilmədiyini bildirdi və Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaratdı. Azərbaycan mədən sənayesində şəffaflığın tam tərəfdarıdır. Bu təşkilatdan çıxsa belə, Azərbaycan müvafiq hesabatlarını açıqlayır. Mədən sənayesində fəaliyyət göstərən şirkətlər öz fəaliyyətini şəffaf qurmağa hazırdır və bunu elan ediblər".
S.Babayev əlavə edib ki, MSŞT-dən çıxdıqdan sonra Azərbaycana qarşı kampaniyalar aparılsa da, bu, effektiv olmadı: "Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə investisiya cəlbi ilə bağlı razılaşmalar əldə etmişdi. Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankına müraciətlər olundu ki, Azərbaycana kreditlər verilməsin. Amma bunların heç biri baş tutmadı. Dünya Bankı və Asiya İnkişaf Bankı Azərbaycana kreditlər ayırır. Digər Avropa bankları da bu layihəyə sadiqliyini bildirib. Onlarla da sazişlər imzalanacaq".
O əlavə edib ki, Azərbaycan dövləti mədən sənayesində şəffaflıqla bağlı vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən qaldırılan hər bir məsələni müzakirə etməyə hazırdır.
© APA
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 38 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
47 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
50 d. əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
1 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
1 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib


























