Putinin dünyanı ayağa qaldıran qərarı ilə neft bahalaşmaqda davam edir
Neft qiymətləri Ukrayna gərginliyi ilə yüksəlir. Rusiya Ukraynadakı separatçıları tanıyaraq sülhməramlılar göndərəcəyini elan etdikdən sonra neft daha da bahalaşıb. Brent neftinin qiyməti 99 dolları keçib.Rusiya prezidenti Vladimir Putin iki separatçı bölgənin "müstəqilliyini" tanıdığını və bölgəyə “sülhməramlı qüvvələri” göndərəcəklərini elan etməsindən sonra neft və qızıl ksəkin bahalaşıb.
Marja xəbər verir ki, Putinin qərarından sonra bölgəyə nə vaxt və neçə rus əsgərinin girəcəyi ilə bağlı təfərrüatlar məlum deyil, lakin Moskva daha əvvəl Ukrayna ordusundan xeyli sayda əsgərin Donetsk və Luqanskdakı separatçılar ilə münaqişə xəttinə göndərildiyini iddia etmişdi.
Artan münaqişə ABŞ və Avropanın cavabları ilə xammal bazarlarında sabitliyi poza bilər.
Rusiya neft, təbii qaz və alüminium istehsalında aparıcı oyunçulardan biridir. Bundan əlavə, hər iki ölkə (Ruiya və Ukrayna) buğda istehsalçısıdır. Rusiyanın alüminium şirkəti "Rusal"ın səhmləri mümkün sanksiyalar səbəbilə Honq-Konq birjasında 20 faiz ucuzlaşıb.
Ukrayna ilə bağlı gərginlik artan neft tələbinin hasilatçı ölkələr tərəfindən ödənilə bilmədiyi və sürətlə artan tələb səbəbindən ehtiyatların tükəndiyi bir vaxtda yaşanır. Bununla belə, bazar təklifi artıracağı gözlənilən İranla nüvə sazişi danışıqları hələ də yekunlaşmayıb.
Bakı vaxtı ilə saat 12:41-də Brent markalı neft London ICE Futures Europe birjasında təxminən 3,8 faiz bahalaşma ilə 99,31 dollardan ticarət olunub. Dünən günortadan ötən müddətdə neft 7%-ə yaxın bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 7 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























