Buğdada müharibə təhlükəsi
Dünyanın ən böyük buğda ixracatçısı Rusiya ilə beşinci ixracatçı Ukrayna arasında mümkün müharibə qlobal buğda bazarlarını dərindən sarsıdacaq. Analitiklər xəbərdarlıq edirlər ki, Qara dənizə sıçraya biləcək mümkün münaqişə və hətta buğda ticarətində cüzi fasilələr qlobal buğda qiymətlərinin 10-20 faiz artmasına səbəb ola bilər.Rusiya ilə Ukrayna arasındakı gərginliyə görə bölgədə enerji təhlükəsizliyi ön plana çıxsa da, qlobal buğda ticarətində mümkün axsamalar digər kritik risk faktoru kimi önə çıxır.
Marja xəbər verir ki, Dünyanın ən böyük buğda ixracatçısı olan Rusiyanın 2019-cu ildə qlobal buğda ixracında təxminən 18% payı var. Misir isə 2,5 milyard dollarla Rusiyada istehsal olunan buğdanın əsas idxalçısı olub.
2019-cu ildə dünya buğda ixracında Rusiya və Ukraynanın ümumi payı 25 faiz təşkil edib.
Buğda ixracını əvvəlki ilə nisbətən 8,5% artıraraq 2021-ci ildə 8,8 milyard dollara çatdıran Rusiya, enerji ixracı asılılığından xilas olmaq üçün gələcək illərdə kənd təsərrüfatı sektoruna investisiyalarını artırmağı planlaşdırır.
Əsrlər boyu mühüm buğda istehsalçısı olan və Avropanın “çörək səbəti” kimi tanınan Ukrayna, dünyanın 5-ci ən böyük buğda ixracatçısı kimi diqqət çəkir.
İxrac marşrutu Qara dənizdir
Ukrayna daha çox Qara dəniz ixrac marşrutundan istifadə edir. Ukrayna yaxın qonşularına quru yolu ilə az miqdarda buğda ixrac edir. Ölkənin ixrac etdiyi buğdanın demək olar ki, hamısı Qara dənizdəki limanlardan daşınır.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, Ukraynanın buğda ixracının 95 faizi Qara dəniz üzərindən həyata keçirilir.
Analitiklər xəbərdarlıq edirlər ki, Rusiya və Ukrayna arasında mümkün münaqişə Qara dənizə sıçrayacaq və hətta regionda buğda ticarətində kiçik fasilələr olsa belə, qlobal buğda qiymətlərinin 10-20 faiz artmasına səbəb ola bilər.
BUĞDA VƏ QARĞIDAĞI QİYMƏTLƏRİ ARTIB
Rusiya ilə Ukrayna arasındakı gərginliyin də dəstəklədiyi buğda qiymətləri gün ərzində 2% artaraq tonu 301,3 dollara çatıb.
Çikaqo birjasında ən yüksək ticarət həcminə malik olan qarğıdalı fyuçers müqavilələri bu gün 1,5 faiz artaraq tonu 261,4 dollara yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 33 d. əvvəl
-
54 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















