Vuçiç hesab edir ki, Avropa Rusiya qazı olmadan yaşaya bilməyəcək
Avropa Rusiya qazı olmadan yaşaya bilməz.
Bu fikri Serbiya prezidenti Aleksandr Vuçiç, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin qazın 1000 kubmetrinin 2000 avro olması ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Bizim üçün 2 min dollarlıq qiymət tamamilə dözülməzdir, ümid edirəm ki, daha uyğun bir razılaşma əldə edə bilərik, amma ... dözülməzdir. Bilmirəm, Avropada bunu kim ödəyə bilər, amma Rusiya qazı olmadan Avropa yaşaya bilməz. Maye qazın tankerlərlə gətiriləcəyi boş sözlərdir, hətta lazım olanın bir hissəsini belə əhatə etməyəcək. Bu pis xəbərdir”, - Vuçiç bildirib.
Çərşənbə axşamı günü "Serbiyaqaz"ın baş direktoru Dusan Bajatović bildirib ki, Serbiya mart və ya aprel aylarında Rusiyanın "Qazprom" şirkəti ilə ən azı 10 illik yeni qaz müqaviləsi üzrə danışıqlara başlamağı planlaşdırır. O, Rusiya qazının Serbiya üçün yeni qiymətlərinin bazardan ən azı 30% aşağı olacağına ümid etdiyini bildirib.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Şimal axını 2”nin sertifikatlaşdırılmasının dayandırılmasından sonra Avropada min kubmetr təbii qazın 2000 avro olacağını proqnozlaşdırmışdı. Çərşənbə axşamı Almaniya kansleri Olaf Şolz Rusiyanın qondarma "Donetsk və Luqansk Xalq Respublikalarını tanımasından sonra Almaniya hökumətinin “Şimal axını 2” layihəsinin sertifikatlaşdırılmasını dayandırdığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























