Brent neftinin qiyməti "Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı ilə" 102 dolları keçdi
Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqladıqdan sonra neftin qiyməti 102 dolları keçib.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 08:41-də Brent nefti 4,6% bahalaşma ilə 102.07 dollardan ticarət olunub.
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.
Ukraynanın Donbas vilayətində yerləşən Kramatorsk şəhərində 2 güclü partlayış səsi eşidilib.
Daxil olan xəbərlər arasında böyük partlayış səslərinin Ukraynanın paytaxtı Kiyevdə də eşidildiyi barədə məlumatlar var.
Rusiya Prezidenti Vladimir Putin "Donbasın müdafiəsi üçün" xüsusi əmliyyat keçirilməsilə əlaqədar xalqa müraciət edib.
Rusiya Prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır.
“Şimali Atlantika Alyansı Ukraynanı mənimsədiyi halda Rusiya özünü təhlükəsiz hiss edə bilməz. Ukraynadakı vəziyyətə kənar müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək” – deyə Putin vurğulayıb.
ABŞ- Prezidentindən açıqlama
ABŞ prezidenti Co Bayden, "Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır. ABŞ və müttəfiqləri birlik və qətiyyətlə cavab verəcəklər" deyib.
Ukraynadan ilk açıqlama
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba əməliyyatdan sonra verdiyi ilk açıqlamalarda "Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı. Ukraynanın dinc şəhərlərinə hücumlar davam edir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək. Dünya Putini dayandıra bilər və etməlidir", - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























