ADIF “Atabank” və “CDB Bank”ın birləşməsi ilə bağlı açıqlama yayıb
Əmanətlərin Sığortalanması Fondu diqqətə çatdırır ki, “ATABANK” ASC 21.12.1992-ci il tarixdə 92 nömrəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dövlət qeydiyyatına alınmış “Caspian Development Bank (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir. Bu barədə “Marja”ya Fonddan bildirilib.
“Qeyd olunanlarla əlaqədar bildirmək istərdik ki, 04 fevral 2015-ci il tarixdə 44 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Caspian Development Bank (CDB)” ASC“ATABANK” ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün Fonda üzv bankların reyestrindən çıxarılmış və ona verilən şəhadətnamə ləğv edilmişdir”.
Bununla da Fonda üzv bankların sayı 31 olmuşdur.
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqtətinə çatdırır ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 27.9-cu maddəsinə əsasən iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.
Əlavə məlumat:
Qaynar xətt: 941, 131
994 12 596 65 91/92/93
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 19 saat sonra
-
-
1 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
Azərbaycan neftinin son qiyməti
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək























