Buğdanın qiyməti son 13 ilin ən yüksək səviyyəsinə çatıb
Buğdanın qiymətinin artması Rusiyanın Ukraynaya hücumunun qlobal tədarükə zərər vuracağı narahatlığı ilə davam edir. Qiymətlər 13 ildən çox müddətdə ən yüksək səviyyəyə qalxıb.Buğdanın qiyməti artmaqda davam edir.
Marja xəbər verir ki, Rusiya və Ukrayna kənd təsərrüfatı məhsullarının ixracında mühüm oyunçular sırasındadır. Bu səbəbdən də iki ölkə arasındakı münaqişənin qlobal ticarətə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqlar var. Qlobal buğda ticarətinin üçdə birindən çoxu (təxminən 35%-i) bu iki ölkənin payına düşür.
Sidneydəki Rabobank-ın analitiki Dennis Voznesenski qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinin genişmiqyaslı təsirləri olacaq və əlavə edib ki, “böyük miqyaslı münaqişə artan xərclər və nəqliyyat çətinlikləri səbəbindən regional ixracı ən azı qısa müddətə dayandıra bilər."
Rusiyanın işğalı artıq kənd təsərrüfatı sahəsində çətinliklərə səbəb olub. "Bunge" kimi bəzi aparıcı ərzaq və kənd təsərrüfatı şirkətləri bölgədəki fəaliyyətini dayandırmalı olublar.
Çikaqo birjasında buğdanın buşelinin qiyməti 2,8 faiz artaraq 2008-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə - 9,6075 dollara çatıb. Qarğıdalının qiyməti bir buşel üçün 1,3% artaraq 6,99 dollara, soya paxlası isə 0,9% artaraq 16,69 dollara yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
10 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























