SWIFT: Sistemi Rusiya banklarını bağlamağa hazırıq, əmri gözləyirik
SWIFT rəsmi sistemin Rusiya banklarını bağlamağa hazır olduqlarını açıqlayıb. Qrumun rəsmii bildirib ki, əmr verildikdən sonra Rusiya banklarına qarşı tədbir görməyə hazırdır. İndi SWIFT Qərb ölkələri ilə hansı bankların siyahıya daxil ediləcəyini müzakirə edir."SWIFT banklararası ödəniş sistemi Qərb ölkələrinin bir sıra Rusiya banklarını sistemdən çıxarmaq qərarından xəbərdardır və müvafiq hüquqi sərəncamdan sonra buna əməl etməyə hazırdır”, - deyə şirkətin açıqlamasında bildirilir,
Marja-nın məlumatına görə, SWIFT bildirib ki, hazırda Avropa hakimiyyət orqanları ilə hansı maliyyə qurumlarının hədəf alınacağını müzakirə edir.
Şənbə günü Avropa İttifaqı, ABŞ və Kanada Ukraynadakı hərbi əməliyyata görə Rusiyaya qarşı yeni sanksiyalar barədə razılığa gəliblər. Bir neçə Rusiya bankını SWIFT-dən ayırmaqla yanaşı, Qərb dövlətləri Rusiya Mərkəzi Bankınını aktivlərinin iflic ediləcəyini, Rusiya elitasının nümayəndələrinin və onların ailələrinin aktivlərinin dondurulacağını elan ediblər.
Daha sonra ABŞ administrasiyasının nümayəndəsi dəqiqləşdirib ki, sistemdən ayrılacaq bankların siyahısı hələ də formalaşdırılır. O, qeyd edib ki, Rusiya beynəlxalq maliyyə sistemindən “qovulacaq” və ölkənin bank sistemi çökəcək.
Rusiyanın SWIFT-dən çıxarılması ilə bağlı müzakirələr Ukrayna ətrafında situasiyada gərginliyin artması fonunda başlayıb və fevralın 24-də Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyatı”nın başlamasından sonra yenidən başlayıb.
Belə bir tədbirə Almaniya, İtaliya və Fransa etirazlar edirdilər: onlar qorxurdular ki, Rusiyanı sistemdən çıxarmaq öz iqtisadiyyatlarına zərbə vuracaq. Fevralın 26-da Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı ölkələrinin yekdilliklə Rusiyanı SWIFT-dən ayırmağa razılaşdıqlarını açıqlamışdı.
SWIFT 1973-cü ildən fəaliyyət göstərən özəl bir qurumdur. Onun 200 ölkə və ərazidə 11.000-dən çox üzvü var.
Həmçinin oxu
Rusiya beynəlxalq maliyyə sistemindən qovulurMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
11 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























