Müharibə və sanksiyaların alüminium qiymətlərinə təsiri artmaqda davam edir
Rusiyanın ən böyük istehsalçısı Ukraynadakı müəssisəsində istehsalı dayandırdığını elan etdikdən sonra alüminium tədarükü ilə bağlı qeyri-müəyyənliklər artıb. Alüminiumun qiymətinin daha da artacağı bildirilir.Rusiyanın ən böyük alüminium istehsalçısı Rusal, Rusiyanın hücumundan sonra əmtəə bazarlarında qeyri-müəyyənliyi artıraraq, Ukraynadakı müəssisəsində istehsalı dayandırmaq qərarına gəlib.
"United Co. Rusal İnternational PJSC" çərşənbə axşamı elan edib ki, bölgədəki logistika və nəqliyyat problemləri səbəbindən Nikolaev zavodunda istehsalı dayandırmalı olub.
Ukraynanın cənub-şərqindəki zavodda istehsal olunan məhsullar şirkətin Rusiyadakı tökmə zavodlarında alüminium istehsalı üçün istifadə olunur.
Obyektdə istehsalın dayandırılması alüminiumda tədarük narahatlığına səbəb olub.
Açıqlamadan sonra Rusalın səhmləri 15 faizdən çox ucuzlaşaraq son 11 ayın ən aşağı səviyyəsinə çatıb, alüminiumun qiyməti isə yüksəlib.
Alüminium, hətta müharibə başlamazdan əvvəl, artan enerji qiymətləri və artan tələb ilə bahalaşırdı Goldman Sachs-a görə, Nikolaev zavodunun bağlanması müddəti uzanacağı təqdirdə illik itki 900 min tona çata bilər. Nikolayevdən alüminium oksidi yüklərinin dayandırılması ilə Rusiya zavodlarının da istehsalı azalacaq.
Goldman, yaxın 12 ayda alüminium qiymətlərinin 4000 dollar ətrafında qalacağını proqnozlaşdırır.
Birjada alüminium 1,4 faiz bahalaşaraq qiyməti 3415 dollara yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
9 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi

























