Buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə çatdı!
Rusiyanın Ukraynaya hücumu buğda ticarətini dayandırdığı üçün qiymətlər son 14 ilin ən yüksək səviyyəsinə qalxıb.Çikaqo Birjasında buğdanın qiymətləri 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxaraq, buşeli 10 dolları keçib.
Marja xəbər verir ki, bu artımın onsuz da yüksək olan qlobal ərzaq qiymətlərinə daha da təsir edəcəyi gözlənilir.
Ən əsas qida məhsullarından olan buğda ötən ay 30 faizdən çox bahalaşıb.
Dünya buğda ixracının 25 faizindən çoxu və qarğıdalı ixracının beşdə biri Rusiya və Ukraynanın payına düşür. İki ölkə arasında müharibə ABŞ və Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi də taxıl bazarında çaşqınlıq yaradıb. İdxalçılar satınalma üçün bu 2 ölkədən başqa ölkələrə üz tutublar.
Dünyanın ən böyük kənd təsərrüfatı məhsullarının emalçısı olan "Archer Daniels Midland "və kənd təsərrüfatı məhsulları ticarəti şirkəti "Bunge" kimi şirkətlər bölgədəki fəaliyyətini dayandırıb.
Digər tərəfdən, qarğıdalı qiymətləri gündəlik 10%-dən çox artaraq 2013-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.
Palma yağının qiymətləri də quraqlıq və işçi qıtlığı kimi müxtəlif amillərə görə rekord səviyyələrdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
10 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























