SWIFT martın 12-də Rusiya banklarını ödəniş sistemindən ayıracaq
SWIFT martın 12-də Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya banklarını ödəniş sistemindən ayıracaq. Avropa Komissiyasının məlumatına görə, Brüssel zərurət yaranarsa, bu siyahıya yeni bankları əlavə etməyə hazırdır.SWIFT martın 12-də Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya banklarının beynəlxalq ödəniş sistemindən ayrılacağını təsdiqləyib.
Marja xəbər verir ki, müvafiq bəyanat cümə axşamı şirkətin saytında dərc edilib.
“Biz Rusiyanın yeddi qurumunu (və onların Rusiyadakı törəmə şirkətlərini) SWIFT sistemindən ayıracağıq”, - bəyanatda deyilir.
Bundan əvvəl Avropa İttifaqı VTB, Rossiya, Otkritie, Novikombank, Promsvyazbank, Sovcombank və VEB.RF daxil olmaqla, yeddi Rusiya bankını SWIFT beynəlxalq banklararası ödənişlər sistemindən çıxarılması üçün qərar qəbul edib. Avropa Komissiyası bildirib ki, Brüssel lazım gələrsə, bu siyahıya yeni bankları əlavə etməyə hazırdır.
SWIFT banklararası ödənişlərin köçürülməsi üçün beynəlxalq sistemdir.
SWIFT, İnternetlə eyni prinsiplə fəaliyyət göstərən xüsusi SWIFTNet şəbəkəsi üzərindən pul köçürmələri, ödənişlər və qiymətli kağızların mübadiləsi haqqında məlumatları tez və təhlükəsiz şəkildə mübadilə etməyə imkan verir.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynaya müharibə elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
10 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























