Rusiyanın defolt reytinqi aşağı salındı, proqnoz mənfidir
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Rusiyanın xarici valyutada uzunmüddətli defolt reytinqini “BBB”dən “B”-yə endirib.
Marja-nın məlumatına görə, Fitch hesab edir ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq beynəlxalq sanksiyaların sərtliyi makro-maliyyə sabitliyinə təhlükələri artırıb və onun dövlət borcuna xidmət göstərmək istəyini sarsıda bilər.
Mənfi proqnoz yüksək dərəcədə beynəlxalq volatilliyi, o cümlədən sanksiyaların daha da sərtləşdirilməsi ehtimalını və Rusiyanın cavab reaksiyası ilə bağlı qeyri-müəyyənliyi, o cümlədən mümkün borc defoltunu, həmçinin daxili iqtisadi inamın itirilməsi riskini əks etdirir.
Agentliyin fikrincə, baş verən hadisələr Rusiya Federasiyasının həm xarici, həm də dövlət maliyyəsini zəiflədə, habelə onun maliyyə çevikliyini ciddi şəkildə məhdudlaşdıra, ÜDM artımını əhəmiyyətli dərəcədə azalda, daxili və geosiyasi riskləri artıra bilər.
Beynəlxalq Moody's agentliyi Rusiya Federasiyasının xarici və milli valyutada borc öhdəlikləri üzrə reytinqini "Baa3"dən "B3"ə endirib.
Marja.az xəbər verir ki. bu barədə agentliyin mesajında deyilir.
Eyni zamanda, reytinqlər daha da aşağı salınması üçün nəzərdən keçirilir.
Fevralın 24-də Rusiya dövlətinin başçısı qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalının daxil olmadığını vurğulayıb. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
8 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















