Əmtələr müharibə ilə bahalaşır - rekord ardınca rekordlar qeydə alınır
Rusiyanın Ukraynaya müdaxiləsi əmtəə qiymətlərindəki artımı dəstəkləyərək tədarük problemlərini gündəmə gətirirUkraynadakı müharibə əmtəə qiymətlərinin artmasına səbəb olur.
Marja xəbər verir ki, alüminiumdan tutmuş buğda və neftə qədər bir çox əmtənin qiymətləri uzun illərin ən yüksək səviyyələrindədir. Xammal qiymətləri 1974-cü ildən bəri ən böyük həftəlik artımını qeyd edib.
Enerji, taxıl və xammalda əsas oyunçu olan Rusiyanın təcrid olunması ilə tədarük çatışmazlığının olacağı və qlobal inflyasiyanın daha da yüksələcəyi ilə bağlı narahatlıqlar yaradır. Bir çox qurum, sərmayəçi və şirkət təhlükəsiz ödəniş çətinliyi səbəbilə Rusiya ilə iş görməkdən qaçır, sifarişlər ləğv edilir.
Qərbi Texas xam neftinin bir barelinin qiyməti Rusiyanın Ukraynadakı nüvə obyektinə hücumundan sonra bu gün təxminən 5 faiz bahalaşıb. Qiymət bu həftə 20 faiz artıb. "JP Morgan" Rusiyada tədarük çatışmazlığının davam edəcəyi təqdirdə Brent markalı neftin bir barel üçün 185 dollarla ili bağlaya biləcəyini proqnozlaşdırıb. Brent markalı neftin bir barelinin qiyməti bu gün 112 dollar civarındadır.
Buğda qiymətləri də tədarük çatışmazlığı ilə bağlı narahatlıqlar ilə son 14 ilin ən yüksək səviyyəsinə çatıb. Çikaqo Birjasında fyuçers müqavilələri 6,6% artımla bir buşeli 12,09 dollardan satılır.
Əsas metallar yüksəlməyə davam edir. London Metal Birjasında alüminium 3,6% bahalaşaraq tonu 3 min 850 dollara, mis qiymətləri bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Əmtəə qiymətlərindəki artımın mənfi təsirləri qlobal iqtiadi artım və inflyasiya üzərində də hiss oluna bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























