“Puma” şirkəti Rusiyada mağazalarının fəaliyyətini dayandırdığını açıqlayıb.
Almaniyanın “Puma” şirkəti Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya məhsul tədarükünün dayandırıldığını və Rusiya Federasiyasındakı mağazalarının fəaliyyətini dayandırdığını açıqlayıb.Puma Rusiyada satışlarını dayandırıb. Şirkət Rusiya Basketbol Federasiyası ilə də müqaviləni dayandırıb
İdman ayaqqabısı, geyim, avadanlıq və ətir istehsalı üzrə ixtisaslaşmış Almaniyanın “Puma” şirkəti Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya məhsul göndərilməsini dayandırdığını və Rusiyada mağazalarının fəaliyyətini dayandırdığını bəyan edib.
Marja xəbər verir ki, bu barədə şənbə günü şirkətin Twitter səhifəsində dərc olunmuş bəyanatında deyilir.
“Biz məhsullarımızın Rusiyaya çatdırılmasını müvəqqəti olaraq dayandırmışıq”, - məlumatda deyilir.
“Biz Rusiya Federasiyası ərazisindəki bütün mağazaların işini dayandırmaq qərarına gəldik”, mətndə deyilir. Bildirilir ki, Puma da Rusiya Basketbol Federasiyası ilə müqaviləni dayandırıb.
Artıq Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar bir sıra iri xarici şirkətlər Rusiyadakı fəaliyyətini dayandırıb. Xüsusilə, Almaniyanın idman ayaqqabısı və geyim istehsalı konserni Adidas Rusiya Futbol İttifaqı ilə tərəfdaşlıq müqaviləsini ləğv edib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalının daxil olmadığını vurğulayıb. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib






























