Britaniya 2022-ci ilin sonunadək Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracaq
Böyek Britaniya 2022-ci ilin sonuna kimi Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracaq. London həmçinin Rusiya qazının ölkəyə idxalını dayandırmaq üçün variantları araşdırır.Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiya neft və neft məhsullarını idxal etməkdən imtina edəcək.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Krallığın biznes, energetika və sənaye strategiyası naziri Kvartenq bildirib.
"Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiya nefti və neft məhsullarının idxalını dayandıracaq. Keçid dövrü bazara, şirkətlərə və təchizatçılara Böyük Britaniya tələbatının 8%-ni təşkil edən Rusiya idxalını əvəz etmək üçün kifayət qədər vaxt verəcək", - Kvartenq Tvitter hesabında yazıb.
Nazir qeyd edib ki, krallıq ABŞ, Hollandiya və Körfəz ölkələri ilə neftin daha çox alışını təmin etmək üçün işləyəcək.
"Bazar artıq Rusiya neftini kənarlaşdırmağa başlayıb, onun demək olar ki, 70%-i hələ də alıcı tapa bilmir", - Kvartenq iddia edib.
O, həmçinin bildirib ki, London Rusiya qazının ölkəyə idxalını “dayandırmaq imkanlarını araşdırır”. Nazir qeyd edib ki, hazırda Krallıqda Rusiya qazının payı 4% təşkil edir.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib. O, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalının daxil olmadığını vurğulayıb. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























