İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Medinex” sərgisinin rəsmi dəstəkçisidir
3-5 noyabr 2022-ci il tarixində səhiyyə sahəsinin peşəkarlarını bir araya gətirən Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex” baş tutacaq. Sərgidə aparıcı yerli və beynəlxalq istehsalçılar, eləcə də distribütorlar ölkənin səhiyyə klinikalarını təkmilləşdirməyə və müalicənin effektivliyini artırmağa kömək etmək məqsədi ilə öz yeni məhsul və xidmətlərini nümayiş etdirəcəklər.
Tibb və səhiyyə innovasiyalarını əhatə edən, Qafqaz regionunda ən iri və Azərbaycanda professional genişmiqyaslı tədbir olan “Medinex” sərgisinin hər il dövlət səviyyəsində dəstəklənməsi və geniş beynəlxalq tərkibi sərginin uğurlu keçməsinin əsas səbəblərindəndir.
“Medinex” sərgisinin təşkilatçısı olan “Caspian Events Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov bildirib ki, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir və bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiqi özünü uğurla doğrultmaqdadır.
“Bizim üçün çox sevindirici haldır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 3-5 noyabr tarixlərində keçiriləcək “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin rəsmi dəstəkçisidr. İnanıram ki, əməkdaşlığımız məhsuldar olacaq və gələcək illərdə birgə fəaliyyətimizlə səhiyyə sahəsinə uğurlu töhfə verəcəyik” - deyə baş direktor əlavə edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, son illər ərzində səhiyyə sahəsində qazanılmış nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olmuşdur: “Dövlət başçısının rəhbərliyi, Birinci vitse-prezidentin dəstəyi ilə səhiyyədə əldə olunan əsas nailiyyətlərdən biri ölkə üzrə icbari tibbi sığortanın tətbiqi olmuşdur”.
COVID-19 mövzusuna da toxunan Z.Əliyevin sözlərinə görə dünyada hökm sürən pandemiyanın səhiyyə xidmətlərinə olan tələbatı artırması bu sahənin inkişafına yeni imkanlar açır: “Xəstəliklərə qarşı yüksək səviyyədə mübarizə aparmaq tibbi xidmətlərin keyfiyyətinin artırılması, səhiyyənin maddi-texniki təminatının möhkəmləndirilməsi və tibb heyətinin peşəkarlığının yüksəldilməsi ilə mümkündür”.
Z.Əliyevin sözlərinə görə “Medinex” sərgisi təşkil olunduğu vaxtdan bu günədək yerli və xarici şirkətlər, dövlət müəssisələri arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün əhəmiyyətli beynəlxalq platformaya çevrilib. Mühüm səhiyyə tədbirində iştirak şirkətlərin beynəlxalq əməkdaşlıq əlaqələrinin müzakirəsinə imkan yaradır.
Xatırladaq ki, tibdə informasiya texnologiyaları, dərman vasitələri, laboratoriya texnologiyaları, tibbi turizm, tibbi təhsil kimi sahələri əhatə edən “Medinex” sərgisi tibb sahəsində müasir innovasiyalar platforması və naviqator hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
1 saat əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
1 saat əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Ən çox oxunanlar
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb






















