Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Bakıda - görüşlər başlayıb
İyunun 12-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazirlikdən “Marja”ya daxil olmuş məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə QDTİB arasında əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmış, real sektorla birbaşa əməkdaşlığa üstünlük verən bankın bu sahənin inkişafı məqsədiylə müxtəlif layihələrə, o cümlədən ticarəti maliyyəşdirmək üçün verdiyi dəstəyin əhəmiyyəti vurğulanmışdır.
Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsini təmin etmək üçün Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında mühüm vəzifələr qoyulduğunu deyən nazir S.Şərifov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaq üçün bankın öz töhfəsini verməkdə davam edəcəyinə əminliyini ifadə etmişdir.
Öz növbəsində İhsan Uğur Delikanlı etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində QDTİB-nın bundan sonra da hökumət ilə uğurlu əməkdaşlığı davam etdirəcəyini bildirmişdir.
QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılmışdır. Hazırda Bankın nizamnamə kapitalı 3,45 mlrd., səhm kapitalı isə 2,29 mlrd. Avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5 % paya malikdir. Bank Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 359 milyon avro məbləğində kredit ayırmışdır ki, bu da Bankın əməliyyatlar portfelində 8,4% təşkil edir.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
1 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
2 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
2 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
2 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
- 2 saat əvvəl
-
3 saat əvvəl
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb


























