Radio yenidən kəşf edilir
Radio demək olar ki, televiziya qədər geniş çatdırma potensialına malikdir və özünəməxsus xüsusiyyətləri ilə reklam verən şirkətə hədəflərinə çatmaqda əlavə imkanlar yaradır. Buna görə, radio reklam verən və media planlama şirkətlərinin media planlarında diqqətdən kənarda qalmamalı, hətta planlama proseslərində vacib bir mənbə kimi önəmli hissə ayrılmalıdır. Son 15-20 ildə bütün dünyada vizual medianın xüsusi bir formada yayıldığını görürük. Bunun nəticəsində göz yorğunluğu əlamətlərinin yaranmağa başladığının və insanların diqqətlərinin artıq “səs”ə yönəldiyinin şahidi oluruq.
Yüksək səviyyədə işlərin aparılması Z və Y nəslinin 56 faizinin bu “vizual stimullaşdırma”dan qaçış yolları axtarmasına, alternativ olaraq səs mənbələri seçməsinə gətirib çıxarır. Podkastların, ağıllı qulaqlıqların yaradılması və avtomobillərin təkmilləşdirilməsi ilə səs artıq gündəlik həyatımızın əsas hissəsidir.
Video izləmək və ya instaqramda dolaşmak kimi proseslər insanı həm fiziki, həm də zehni olaraq ekrana kilidləyir, lakin evdə təmizlik edərkən, metro, yaxud avtobusda olarkən, eləcə də avtomobil idarə edərkən, hətta işlədiyiniz zaman rahatlıqla musiqi və ya podkast dinləyə bilərsiniz. Bu özünəməxsus xüsusiyyəti ilə səs brendlərə hədəf kütlələri ilə əlaqə yaratmaq, onlara inamı gücləndirmək üçün zaman və məkan olaraq daha geniş fürsət yaradır.
Bu gün bir çox uğurlu brend rəqəmsal marketinqi hər hansı şəkildə istifadə edir. Rəqəmsal reklam uğurlu marketinq strategiyasının ayrılmaz bir hissəsinə çevrilib. Digər tərəfdən hədəf kütlələri ilə qurulan əlaqələrin artırılması və inkişafı, markaların lazımi zirvəyə çatması üçün hələ də ənənəvi marketinqdən hər hansı bir şəkildə istifadə olunur. Araşdırma nəticələrinə əsasən, radio reklamları rəqəmsal marketinq də daxil olmaqla media planlama işinin əlavə edildiyi kampaniyalarda yalnız sinqulyar girişlə kifayətlənmir, həmçinin ən çox istifadə olunan istehlak məhsullarının təqdimatında edilən dəyişikliklər və satış rəflərində müxtəlif məhsullar 10 faizdən çox təsir göstərir. Dünyanın ən böyük reklam bazarı olan ABŞ-də 2021-ci ildə ümumi radio reklama yatırımın miqdarı 16,8 milyard dollar olub. Bu isə bütöv reklam bazarının təqribi altı faizinə bərabərdir. Qonşu Türkiyədə 2021-ci il reklam xərcləri isə statistikalara baxdıqda ümumi reklam yatırımlarının 1,4 faizini təşkil edir.
Türkiyədə aparılan araşdırmalara görə, “Procter & Gamble” radio reklamın təsirindən yararlanan fəal istifadəçilərindən biridir. Şirkət 2018-ci ildə Amerikada belə bir qərar qəbul etdi ki, rəqəmsal reklam büdcəsini 200 milyon dollar azaldaraq həmin məbləği radio reklama yönəltsin. Bununla da bir il əvvəllə müqayisədə şirkətin radio reklam xərcləri 4,7 faiz artdı. “Procter & Gamble” və başqa bu kimi şirkətləri belə qərarlara şövq edən əsas məqsəd rəqəmsal reklam bazarında geniş yayılmış saxta reklam nəticələri və istifadəçilər tərəfindən görünməyən reklamların hər kəsə çatdırıla bilməsidir. Belə şirkətlər məhsulunu brend kimi daha çox tanıtmaq məqsədi ilə radionun rəqəmsal aləm və televiziyadan daha geniş əhatəsini nəzərə alırlar.
Bununla məqsədimiz rəqəmsal medianı pisləmək deyil. Rəqəmsal reklam taktikasının “işğalçı təbiəti” və onlayn reklamların çoxluğuna görə, bir çox insanın tədricən ənənəvi mediaya qayıtmasının şahidi oluruq. Bir çox araşdırmanın nəticələrinə görə 10 istifadəçidən 8-nin hələ də ənənəvi mediaya güvənməsi çox müsbət haldır. Şirkətlərin öz brendlərini radio kimi ənənəvi mediada daha geniş dinləyicisi olan mühitdə, əsasən də güvənilə biləcək bir formada çatdırmaları düzgün seçimdir.
Sadə dildə desək, bir çoxumuz ən son gördüyümüz “Youtube” reklamını və ya hər hansı sayta baxarkən kənarda olan banner reklamlarını xatırlamaya bilərik. Həm də radio reklamları bir hekayə danışa, brendlər və istifadəçilər arasında özünəməxsus bir əlaqə yarada bilir.
Bir reklam mənbəyi olaraq radionun gücü və önəmi bütün bu saydıqlarımızla bitmir. Audio reklamların media dünyasındakı digər mənbələrlə inteqrasiyası nəticəsində yaddaşlarda həkk olunması danılmazdır.
“Avto FM”, “Space” 104FM radiolarının menecmenti kimi fəaliyyət göstərən “PRO MEDİA GROUP” dünyada tanınmış şirkətlərlə işləyir. Bir şirkət olaraq işlədiyimiz beynəlxalq tanınmış şirkətlərdən “Coca-Cola”, “Adidas”, “Total”, “Bosch”, “Samsung”, “Huawei”, “Qatar Airways” də radio reklamlara üstünlük verənlərdəndir. Kreativ reklamları ilə dünya miqyasında tanınmış bu şirkətlər mütəmadi olaraq reklam kampaniyaları keçirirlər.
Tanınmış brendlərlə işləmək bizim üçün xüsusi önəm daşıyır. Şirkətimiz 2009-cu ildə təsis edilsə də, 2018 ci ildə şirkət “rebranding” edərək “PRO MEDİA GROUP” adı altında fəaliyyətini davam etdirib. PMG-nin əsas fəaliyyət növü istər FM, istər daxili radioların yaradılması, idarə edilməsi, radio reklam, radio musiqilərin, ssenarilərin yazılması və radio verilişlərin istehsalıdır. Azərbaycanda ilk dəfə səs aktyorlarının bazasını bir platformada birləşdirən “Rolik.az” saytı da “PRO MEDİA GROUP” şirkətinin məhsuludur. Hal-hazırda “Avto FM”, “Space radio”dan başqa, “Port Baku Bazar” radio, “Araz” və “Rahat” supermarketlər şəbəkəsinin radiolarının menecmenti bizim şirkətə həvalə olunub.
Son vaxtlar radio aləminin gələcəyi üçün inkişaf etmiş dünya iqtisadiyyatı və böyük reklam verən şirkətlərdən gələn dəstək sevindiricidir. Etiraf etməliyik ki, bu sahədə hələ çox iş görülməlidir. Məqsədimiz çox qısa zamanda yeni bir səhifə açmaq üçün elektron sistemə keçərək reklam verən şirkətlərə fərqliliklər təqdim etmək və az vaxtda böyük nəticə əldə edə bilməkdir.
Müəllif: Cavid Neymətzadə
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 14 d. əvvəl
-
19 d. əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
23 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
26 d. əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
36 d. əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
56 d. əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
- 59 d. əvvəl
-
1 saat əvvəl
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib























