“PASHA Bank Cup IV” yarışmasının ilk təsnifat mərhələsinin nəticələri məlum olub
1-4 may tarixlərində “İcra və Data strukturları” mövzusunda keçirilən ilk mərhələ 200-ə yaxın iştirakçının qızğın mübarizəsi ilə yadda qalıb. Nəticələrə əsasən, 4 nəfər 100 %-lik, 28 nəfər isə 50%-dən yüksək nəticə göstərib.
İlk təsnifat mərhələsini 100 %-lik nəticə ilə başa vuran iştirakçıların adlarını diqqətinizə çatdırırıq:
- Səid Nəsibov
- Fərid Əhmədli
- Xızrı Saxrayev
- Xanlar Abbasov
Tezliklə yarışmanın “Axtarış və sıralama” mövzusuna həsr olunan II təsnifat mərhələsi baş tutacaq. Bu mərhələdə istənilən şəxs öncədən təqdim olunan keçid vasitəsilə yarışa qatıla və birincilik uğrunda mübarizəyə qoşula biləcək.
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən 2019-cu ildən etibarən keçirilən “PASHA Bank Cup” yarışmasında müxtəlif yaşlarda olan proqramçıların iştirakı nəzərdə tutulub. Bank bu yarışma vasitəsilə İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmağı, beləliklə də, sözügedən sahənin inkişafına töhfə verməyi hədəfləyir.
Müsabiqənin rəsmi Teleqram kanalına https://t.me/digitalengineer qoşulmaqla, ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
8 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
25 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 42 d. əvvəl
-
48 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























