"Kino çəkilməsinə ayrılan pulu yarıbayarı kəsmək olar"
“Büdcə Məcəlləsi ilə bağlı Maliyyə Nazirliyindən bizə məktub daxil olub”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, növbəti həftələrdə Büdcə Məcəlləsinə rəy verəcəklər: “Rüfət müəllim kino çəkilməsinə vəsaitin artırılmasını təklif edir. Amma biz hesab edirik ki, kinoya ayrılan pulu yarı-yarıya kəsmək olar. Bu, indiki şəraitdə bizim fikrimizdir. Hesablama Palatasının rəyinin 121-ci səhifəsində kino çəkilməsinə ayrılan vəsaitlərin necə xərclənməsi barədə məlumatlar var”.
Qeyd edək ki, bu gün müzakirələr zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, kino sahəsinə büdcədən 5-6 milyon manat pul ayrılır. Bu vəsaitin artırılmasını vacib sayan deputat bildirib ki, büdcədən ayrılan 5-6 milyon manata ancaq cizgi filmi çəkmək olar.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 14 saat sonra
-
-
1 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























