İqtisadi Zonaların İnkişafı Agentliyində yeni təyinatlar
Elşad Nuriyev İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Marja xəbər verir ki, bu təyinata qədər Elşad Nuriyev “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə rəhbərlik edib. Elşad Nuriyev BP Azərbaycan, Azpetrol və ADA Universitetində çalışıb, müxtəlif kənd təsərrüfatı və sənaye holdinqlərində rəhbər vəzifələrdə işləyib.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. O, ABŞ-ın İndiana Universitetində dövlət maliyyəsinin idarə edilməsi üzrə magistr dərəcəsinə və Harvard Universitetinin Kennedi Məktəbində infrastrukturun inkişafında dövlət-özəl tərəfdaşlığı üzrə əlavə təhsil almışdır.
Rəvayət Mustafayev Agentlik sədrinin birinci müavini təyin olunub. Bundan əvvəl o “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini işləyib. Rəvayət Mustafayev Azərbaycan Texniki Universitetinin Tikintinin iqtisadiyyatı və təşkili ixtisasını bitirmişdir. Tikinti-planlama sahəsində geniş təcrübəyə malikdir.
Elxan Şiriyev Agentlik sədrinin müavini təyin edilib. O, 2012-ci ildən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də müxtəlif vəzifələrdə çalışıb. Elxan Şiriyev 2019-cu ildən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də drektor müavini vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib. Hazırda təhsilini ABŞ-da Duke Universitetinin Fuqua Biznes Məktəbində davam etdirir.
Zamir Dibirov Agentlik sədrinin müavini təyin edilib. O bundan əvvəl “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də Aqroparklarla iş departamentinin müdiri, “Aqrar Tədarük və Təchizat” ASC-də müdir müavini vəzifələrində çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr pilləsi üzrə təhsil alıb. Avstraliyanın Adelayda Universitetində Aqrobiznes fakültəsinin Qlobal ərzaq və kənd təsərrüfatı ixtisası üzrə magistr dərəcəsi, Hollandiyanın Vageningen Universitetində kənd təsərrüfatı üzrə əlavə təhsil almışdır.
Fuad Məhərrəmov Agentlik sədrinin müavini təyin edilib. Fuad Məhərrəmov bu təyinata qədər “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini, “Azərbaycan İnvestisiya Şirkəti” QSC-də icraçı direktorun müavini vəzifələrində çalışıb. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib.
Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi ölkədə fəaliyyət göstərən 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir. Bundan başqa, Agentliyin nəzdində Peşə Təhsil Mərkəzi də fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
31 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























