"Gömrük Komitəsində hələ də DTX əməliyyatlarından dərs çıxarmayanlar oturur, yoxsa onlar toxunulmazdır?!"
GÖmrükdə süni qiymət artımına gətirib çıxaran ödənişlər tələb olunduğu bildirilir. İddia olunur ki, bu ödənişlər dövlət büdcəsinə daxil olmur, hansısa "Ramal-Trans" adlanan şirkətə ödənilir.Tanınmış vəkil Aslan İsmayılov gömrük sistemində qanunsuz tələblərin davam etdiyini bildirib.
“Marja” xəbər verir ki, hüquqşünas gömrük terminallarında rüşvət və süründürməçiliyin olduğunu iddia edib:
"Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Gömrük Komitəsində keçirdiyi məlum generalların həbsi əməliyyatlardan, Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra əmin idim ki, heç kimin cürəti çatmaz iş adamlarına qanunsuz tələblər irəli sürsünlər. Bu günlərdə də Komitəyə sual ünvanladım ki, əgər ekoloji faktor əsasdırsa, onda necə olur, 2021-ci il istehsalı olan 50 min ABŞ dollarlıq 2.0 litr hibrid-benzin avtomobilin idxal gömrük rüsumu (4 min AZN) tam elektrik avtomobil rüsumundan (12 min AZN) 3 dəfə azdır. Elə həmin gün səhifəmə bir müraciət daxil olub. Komitənin yeni rəhbərliyindən xahiş edirəm məsələyə münasibət bildirsinlər.
"E-gov.az portalı vasitəsilə hər zaman etdiyimiz kimi bütün ödənişləri həyata keçirib yükün yoxlanılmasına görə inspektorun ayrılması üçün müraciət etdik və bizə inspektor ayrıldı. İnspektorla danışan kimi bizə bildirdi ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyindən tapşırılıb ki, maşın gəldiyi terminalda açılıb tam boşalmalıdır. Normalda isə qanunvericiliyə əsasən inspektor bizimlə anbarımıza yaxınlaşıb yükə baxış keçirirdi. Yükün İpək Yolu Terminalında tam yoxlanışa boşaldılması isə iş adamına hər yük maşını üçün əlavə 700-800 manat xərc deməkdir. Bu da avtomatik olaraq gətirilən malların qiymətinə təsir edərək süni qiymət artımına gətirib çıxarır. Məsələni araşdırdıqda isə bəlli oldu ki, bu işlərə ödənilən pul heç dövlət büdcəsinə də getmir. Hansısa "Ramal-Trans" adlanan şirkətə ödənilir".
Dünyanın krizisdə batdığı bir dövrdə, daşınma xərclərinin rekord vurduğu bir zamanda iş adamlarından süni maneə yaratmaqla əlavə pul tələb etmələrə son qoyulmalıdır. Mən başa düşə bilmirəm, Gömrük Komitəsində hələ də DTX əməliyyatlarından dərs çıxarmayanlar oturur, yoxsa onlar toxunulmazdır?!",- Aslan İsmayılov bildirib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 11 saat sonra
-
-
4 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
6 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb






















