Azərbaycandakı şirkətlərin sayı açıqlandı - 14 FAİZDƏN ÇOX ARTIB
2022-ci il sentyabrın 1-nə respublika üzrə uçotda olan 1.379.592 vergi ödəyicisinin 87,5 faizi fiziki şəxs, 12,5 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 88.027 (6,8 faiz), o cümlədən fiziki şəxslərin sayı 73.616 (6,5 faiz və ya ümumi artımın 83,6 faizi), hüquqi şəxslərin sayı isə 14.411 vahid (9,2 faiz və ya ümumi artımın 16,4 faizi) artıb. Kommersiya qurumlarının sayı 10 faiz artaraq 155.735 vahid təşkil edib.
Yanvar-avqust ayları ərzində 10.234 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8 faiz çoxdur. Həmin kommersiya qurumlarının 71,3 faizi elektron qaydada, 28,7 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Onlardan 1.817-nin (ümumi qeydiyyatın 17,8 faizi) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 76 faizi yerli, 24 faizi xarici investisiyalı müəssisələrdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14 faiz artıb.
Hesabat dövründə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artaraq 6.424 vahid təşkil edib. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 17,7 faiz artıb.
2022-ci il sentyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyəti, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb.
Qeyd edilən tarixə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 28.929 vahid təşkil edərək, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artıb.
Yanvar-sentyabr ayları ərzində kommersiya qurumlarının 71,3 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 94,7 faiz təşkil edib.
Yeni qeydiyyat üsulu ilə (fin kod + mobil nömrə) 2022-ci ilin ilk 8 ayında 1.189 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,6 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,4 faiz təşkil edib.
Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 79,3 faizi Asan imza vasitəsilə təqdim olunub.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























