Radiotezliklərdən istifadə tarifləri yeni metodika əsasında müəyyən ediləcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) radiotezliklərdən istifadə tariflərini yeni yanaşma və metodika əsasında müəyyən edəcək.
Nazirliyin yaydığı məlumatda qeyd edilib ki, 26 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 1834 nömrəli Fərmanı ilə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2005-ci il tarixli, 277 nömrəli Fərmanında dəyişiklik edilib. Yeni Fərmana əsasən, radiotezliklərdən istifadə tariflərinin müəyyən edilməsi səlahiyyəti İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.
"İndiyədək radiotezliklərdən istifadə üzrə ödənişlər Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli iclasının 09 saylı protokolu ilə təsdiq edilmiş tariflər əsasında həyata keçirilirdi. Həmin tariflərdə radiotezlik spektrinin əhəmiyyətliliyi, tezlik sayı, istifadə olunan zolağın həcmi, coğrafi ərazi və digər amillərin nəzərə alınmaması radiotezliklərdən istifadənin iqtisadi alətlər vasitəsilə tənzimlənməsində və radiotezliklərdən səmərəli istifadədə bir sıra çətinliklər yaradırdı. Həmçinin tariflərin qəbulundan ötən 18 il müddətində sürətlə inkişaf edən texnoloji trendlərin nəzərə alınmaması da özlüyündə radiotezlik tariflərinin tətbiqində ciddi problemlərə və məhkəmə çəkişmələrinə yol açırdı.
Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının icrasının təmin edilməsi, radiotezliklərlə bağlı mövcud tariflərin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası” hazırlanıb, müvafiq qurumlarla razılaşdırılaraq RİNN-in Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, k-10/22 nömrəli qərarı ilə təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınıb.
Metodika radiotezliklərdən istifadəyə görə ödənişlərin hesablanması ilə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tövsiyələri, eləcə də bir sıra ölkələrin təcrübələri əsasında hazırlanıb.
Yeni Tarif Metodikası ayrılmış radiotezlik zolaqlarına köklənmiş radioelektron vasitələrin istifadə olunduğu texnologiyanı, radiotezlik zolaqlarının əhəmiyyətlilik dərəcəsini, radiotezlik nominalının sayını və zolağının genişliyini, ayrılmış radiotezliyin istifadə olunduğu coğrafi ərazini nəzərə almaqla, habelə radiorabitənin əhatə zonasını səciyyələndirən kəmiyyət və əmsallara, o cümlədən sabit dəyər əmsalına əsasən birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanmasını nəzərdə tutur.
Mövcud tariflərdə radiotezlik zolağının həcmi (genişliyi) deyil, həmin tezlikdə istifadə olunan radioelektron vasitələrin (REV) sayı əsas götürülürdü. Buna görə də bəzi hallarda istifadəçilər quraşdırılmış REV-lərin sayını gizlətməklə az ödəniş etməkdə, REV-ləri icazəsiz istifadə etməklə ödənişdən yayınmaqda maraqlı olurdular. Yeni Metodikada isə radiotezlik zolağının həcmi (genişliyi) əsas götürülür və bununla da qeyd olunan problem öz həllini tapmış olur. Tezlik istifadəçilərinin ödəyəcəkləri tezlik haqlarını öncədən şəffaf formada hesablaya bilmələri üçün tarif kalkulyatoru da hazırlanıb.
Yeni Metodikada coğrafi zona əmsalı da tətbiq olunur ki, bu da regionlarda simsiz radio xidmətlərin inkişafına və texnologiyanın tətbiqi üzrə rəqəmsal uçurumun aradan qaldırılmasına təkan verəcək. Belə ki, istifadəçilər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ilə müqayisədə bölgələrdə 25%, işğaldan azad olunmuş ərazilərdə isə 2,6 dəfə aşağı tariflə radiotezliklərdən faydalana biləcəklər.
Ölkə Prezidentinin Fərmanına əsasən RİNN-in radiotezliklərdən istifadə üzrə Yeni Tarif Metodikası bu sahədə yeni texnologiyaların tətbiqini təşviq edir, radiotezliklərdən effektiv istifadəni stimullaşdırmağı, xidmət səviyyəsinin yüksəldilməsini, radiotezliklərə olan tələbatın ədalətlilik və müştəri məmnunluğu prinsiplərinə uyğun tənzimlənməsini nəzərdə tutur",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
1 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
8 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























