Gələn il dövlət büdcəsinə SOCAR-dan 200 milyon manat dividend gəliri daxil olacağı nəzərdə tutulur
"Növbəti ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə gəlirlər əvvəlki ilin müvafiq göstəricilərinə nisbətən əhəmiyyətli artımla proqnozlaşdırılmış, bu mənbə üzrə aparılmış təhlillər mövcud potensialın daha artıq olduğu qənaətinə gəlməyə əsas vermişdir."
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividend gəlirləri 2021-ci ilin icra göstəricilərinə nisbətdə 2,5 dəfə, 2022-ci ilin proqnoz göstəricilərinə nisbətdə isə 3 dəfə artım olmaqla 321,2 mln. manat olmaqla proqnozlaşdırılmışdır. Artımın əsas səbəbi dövlət qeyri-maliyyə təşkilatları üzrə (220,0 mln. manat) proqnozun artırılması olmuşdur.
2023-cü ilin dövlət büdcəsi layihəsində dövlət qeyri-maliyyə təşkilatları üzrə dividend ödənişinin 200,0 mln. manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), 15,0 mln. manatı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, 5,0 mln. manatı isə "Azer Gold" QSC üzrə nəzərdə tutulmuşdur.
"Qeyd etmək lazımdır ki, 2022-ci ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlər yalnız "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 5,0 mln. manat nəzərdə tutulmuşdur ki, bundan da cari ilin 8 ayı ərzində 4,0 mln. manat dövlət büdcəsinə ödənilmişdir. "Aqrarkredit" QSC-dən 2022-ci ilin büdcə layihəsində dividend ödənişi nəzərdə tutulmamasına baxmayaraq, 2021-ci ilin yekununa görə hesablanmış 0,2 mln. manat dividendin dövlət büdcəsinə ödənişi həyata keçirilmişdir. Ümumilikdə, təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2022-ci ilin ötən 8 ayı ərzində 124,7 mln. manat məbləğində vəsait daxil olmuşdur ki, bunun da 120,5 mln. manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC, 0,2 mln. manatı "Aqrarkredit" QSC BOKT, 4,0 mln. manatı isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən dövlət büdcəsinə ödənilmiş, "Azər Türk Bank" ASC tərəfindən dividend ödənişi həyata keçirilməmişdir. Qeyd etmək lazımdır ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan (nizamnamə kapitalının 75%-i) "Azər Türk Bank" ASC-nin xalis mənfəətinin 2021- ci ildə 0,5 mln manat təşkil etməsinə baxmayaraq, 2021-ci ildə və 2022-ci ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməmişdir. Büdcə gəlirlərinin təmin edilməsinin əhəmiyyətini nəzərə alaraq, "Azər Türk Bank" ASC tərəfindən bu sahədə ciddi inzibatçılıq tədbirlərinin görülməsini zəruri hesab edirik. Qeyd edək ki, bəzi müəssisələr (“Azerbaijan International Telecom” (AzInTelecom)” MMC, "Azərbaycan Sənaye Korporasiyası" ASC, “Azərlotoreya” ASC) tərəfindən dövrün sonuna xalis mənfəətin əldə edilməsinə baxmayaraq bu mədaxil mənbəyi üzrə 2023-cü ildə daxilolma nəzərdə tutulmamışdır. Eyni zamanda, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin maliyyə fəaliyyətinin nəticələri üzrə hesabatın göstəricilərinin təhlili müvafiq müəssisədən dividend ödənişləri üzrə potensialın olduğunu göstərir. Ümumiyyətlə, bu mənbə üzrə movcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə, səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müvafiq təhlillərin aparılmasını məqsədəuyğun hesab edirik.
Məlumatların təhlili göstərir ki, bəzi müəssisələrin idarəetməsinin də “Azərbaycan İnvestisiya Holdinqi”nə verilməsi müvafiq müəssisələr üzrə korporativ idarəetmə prinsiplərinin tətbiqi ilə mənfəətin artımına səbəb olmuşdur",- Rəydə bildirilir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 20 saat sonra
-
-
4 d. əvvəl
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Ən çox oxunanlar
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib

























