Azərbaycanda bir gündə rekord sayda buynuz qişa transplantasiyası əməliyyatları keçirilib
19-20 noyabr tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti buynuz qişa transplantasiyası əməliyyatları həyata keçirilib.
Marja.az-ın əldə etdiyi məlumata görə, iki gündə müxtəlif patologiyalı 21 xəstəyə buynuz qişa köçürülüb. Ölkəmizdə ilk dəfə olaraq bir gündə 13 xəstəyə buynuz qişa transplantasiyası əməliyyatı icra edilib.
"Əməliyyat texnikasının çətinliyini və həcmini nəzərə alsaq, bir gündə bu sayda əməliyyatın icrası ölkədə ilk dəfə idi", - təqdim edilən məlumatda bildirilir.
Bütün əməliyyatlar Həsənov Cəmil tərəfindən həyata keçirilib, anesteziya Haqverdiyev Fərhan tərəfindən verilib, əməliyyat tibb bacısı Cəfərova Esmira, anestezist-tibb bacıları Mövlamlı Fidan və Nadirova Xəyalə idi.
"Əslində bu işin təşkilində demək olar ki, bütün mərkəzin işçiləri iştirak etmişdi. Yaradılan şəraitə görə mərkəzin kollektivi rəhbərliyinə və təşkilat işlərində iştirak edən hər bir kəsə dərin təşəkkürünu bildirir", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
8 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib


























