“Oğuz” kiçik su elektrik stansiyaları açıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuzda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında iştirak edib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına kiçik su elektrik stansiyaları haqqında məlumat verib.
Bildirilib ki, alternativ və bərpaolunan enerji mənbələrinin əhatəsinin genişləndirilməsi, azalmaqda olan su ehtiyatlarından səmərəli istifadə, təbii qaza qənaət, ətraf mühitin qorunması və “yaşıl enerji”nin prioritet istiqamət seçilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tələblərə uyğun olaraq “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Oğuz rayonunun Daşağıl çayı üzərində 5 kilometr məsafədə kaskad üsulla 3 yerdə ümumi gücü 3,6 meqavat olan kiçik su elektrik stansiyasından ibarət hidroqovşaq yaradılıb, bu stansiyalarda ümumilikdə 8 hidroaqreqat quraşdırılıb. Baş Daşağıl kəndində hər üç stansiyanın mənbəyi olaraq suqəbuledici və sel sularının ötürülməsi üçün sutullayıcı qurğu inşa edilib. Bu qurğunun yaradılması “yaşıl enerji”nin istehsalı ilə yanaşı, rayonun su təchizatına da töhfəsini verib.
Qeyd edildi ki, pilləli üsulla tikilən üç kiçik su elektrik stansiyasında il ərzində 15 milyon kilovat-saatadək elektrik enerjisinin alınması mümkündür. Əhalisi 44 min nəfər olan Oğuz rayonunun enerji tələbatı 5-6 meqavat təşkil edir ki, mövsümi olaraq onun yarı hissəsini məhz bu elektrik stansiyaları qarşılaya biləcək. Ekoloji cəhətdən daha təmiz və qənaətli enerji istehsal edəcək “Oğuz” kiçik su elektrik stansiyaları silsiləsinin istismara verilməsi regionda yeni iş yerlərinin açılması ilə yanaşı, “yaşıl enerji” nisbətinin bir qədər də yüksəlməsinə səbəb olub.
Məlumat verildi ki, hər üç elektrik stansiyası rəqəmsal qaydada “Azərenerji”nin SCADA dispetçer sisteminə qoşularaq Azərbaycanın ümumi enerji sisteminə inteqrasiya edilib.
Dövlətimizin başçısı elektrik stansiyalarını işə salıb.
Onu da vurğulayaq ki, Prezident İlham Əliyevin “yaşıl enerji” strategiyasına uyğun olaraq son 2 ildə ölkəmizin istər işğaldan azad edilən, istərsə də digər ərazilərində ümumi gücü 50 meqavatdan artıq olan 14 kiçik su elektrik stansiyası yaradılıb və yaradılmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Dollarda son bir ilin ən böyük aylıq bahalaşması
İyunun 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























