Azərbaycanda inşaat innovasiyaları nominasiyası üzrə İlin şirkəti seçilib
Üfüqlər sərhədləri aşar.(®) Azərbaycanın tikinti sahəsində liderlik mövqelərinə sahib olan “Nort Vest Konstrakşn” MMC, nüfuzlu biznes araşdırmaları və netvörkinq təşkilatı - Caspian Energy Club tərəfindən İnşaat İnnovasiyaları nominasiyası üzrə ilin şirkəti seçilmiş və müvafiq “Caspian Business Award” mükafatı 21 dekabr 2022-ci il tarixində təntənəli şəkildə şirkətə təqdim edilmişdir.
Həqiqətən də, son illərdə “Nort Vest Konstrakşn” MMC öz idarəetməsində və layihələrində innovativ yanaşmaların və müasir texnoloji həllərin tədbiqini davamlı şəkildə həyata keçirməkdədir.
2007-ci ildən fəaliyyət göstərən və 2022-ci ildə 15 illik yubileyini qeyd edən “Nort Vest Konstrakşn” MMC Azərbaycanın tikinti sektorunda böyük nailiyyətlərə imza atmışdır.
Xatırladaq ki, şirkət Bakı şəhərində “28 Mall”, “Dəniz Mall”, “Amburan” ticarət mərkəzlərinin, “Port Baku” yaşayış və biznes mərkəzlərinin, “Knightsbridge” yaşayış kompleksinin, “Baku Marriott Hotel Boulevard”, “Sheraton Baku Intourist”, “Ritz-Carlton” otellərinin və eləcə də, “Bravo” paylama anbarlarının və hipermarketlərinin inşaatına mühüm tövhə vermişdir.
Bundan başqa, şirkət “Gəncə Mall”, “Sumqayıt Tütün Fabriki”, “Hacıqabul Təsərrüfat Bazası”, “Tovuz Suvarma Boru Xətti”, Tovuz və Hacıqabul rayonlarında yol infrasturukturunun qurulması kimi tikinti və hidrotexniki layihələrin icrasını həyata keçirmişdir.
Beynəlxalq tenderlərin qalibi kimi “Nort Vest Konstrakşn” MMC Azərbaycanda İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən Qazax, Tərtər və Gədəbəy rayonlarında çirkab suların təmizlənməsi sisteminin qurulması layihəsinin inşaasını tamamlamış və Dünya Bankı tərəfindən maliyyələşdirilən M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin yenidən qurulması işlərini həyata keçirməkdədir.
Ölkə xaricində isə, şirkət Monteneqroda “One & Only” otel kompleksinin inşaası çərçivəsində müxtəlif tikinti işlərini icra etmiş və Küveytdə “Cənubi Əl-Mutlaa” (The South-al-Mutlaa Project) yeni şəhərsalma layihəsi çərçivəsində su təhcizatı, kanalizasiya və elektrik sisteminin qurulması işlərini tamamlayaraq sifarişçiyə təhvil vermişdir.
“Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) – Corridor-2” çərçivəsində Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilirən, Özbəkistan Respublikasında 240 kilometrlik beton örtüklü avtomagistral yolun (Quzar-Buxara-Nukus-Beyneu) 120 kilometrlik hissəsinin tikintisi ilə əlaqədar, “Nort Vest Konstrakşn” MMC keçirilmiş beynəlxalq tenderin qalibi seçilmiş və hazırda bu layihə üzrə işləri uğurla davam etdirir.
Ayrıca vurğulamaq lazımdır ki, 18 noyabr 2022-ci il tarixində sifarişçisi “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC olan və Qarabağ regionu üçün xüsusi əhəmiyyət kəsb edən Zabuxçay su anbarından qidalanan magistral boru kəmərinin layihələndirilməsi və tikintisi layihəsi üzrə baş podratçı olaraq “Nort Vest Konstrakşn” MMC İdarə Heyətinin sədri Elçin Bədəlov tərəfindən müvafiq müqavilə imzalanmışdır.
“Nort Vest Konstrakşn” MMC öz beynəlxalq əməkdaşlığını genişləndirmək istiqamətində fəaliyyətini aktiv davam etdirir. Bu sahədə ən son addımlardan biri İdarə Heyətinin sədri Elçin Bədəlov ilə “Al Bawani” Co LTD-nin vitse-prezidenti Əbdüləziz Alfraidi arasında anlaşma memorandumunun imzalanmasıdır. 19 dekabr 2022-ci il tarixində Azərbaycan-Səudiyyə Ərəbistanı Biznes Formu zamanı, hər iki dövlətin rəsmilərinin iştirakı ilə memorandumların mübadiləsi və əməkdaşlıq perspektivlərinin təqdimat mərasimi həyata keçirilmişdir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 8 saat sonra
-
-
2 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
7 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
9 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























