Beşdən çox uşağı olan qadınlar daha çox müavinət alacaq
5-dən çox uşağı olan qadınlar hər uşaq üçün 105 manat müavinət alacaqlar. 35 manat artırıldı.Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 manat müəyyən edilib.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb.
Qeyd edək ki, beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 35 manat artırılıb. İndiyədək 5-dən çox uşağı olan qadınlar hər uşaq üçün 70 manat müavinət alırdılar.
XXX
Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin artırılması və “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin.
2. “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1539; 2018, № 4, maddə 668; 2019, № 4, maddə 638; 2021, № 12, maddə 1360) 1-ci hissəsinə “müavinətin” sözündən sonra “aylıq” sözü əlavə edilsin və həmin hissədə “70 (yetmiş)” sözləri “105 (yüz beş)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























