Rabitəbankda yeni təyinatlar olub!
Rabitəbankda yeni təyinat olub.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Akşin Əsədzadə Biznes Proseslərinin İnkişafı Departamentinin Direktor müavini, Rəşad İsrafilov Kreditlərin Anderraytinqi Departamentinin Direktor müavini vəzifəsinə təyin edilib.
Bank sahəsində 20 ilə yaxın təcrübəyə malik Akşin Əsədzadə əmək fəaliyyətinə 2004-cü ildə “Rabitəbank”-da başlamışdır. Bu illər ərzində o, Fiziki şəxslərə xidmət, Məhsulların inkişafı, Alternativ satış kanalları, Rəqəmsal xidmətlərin tətbiqi kimi şöbələrə rəhbərlik etmişdir.
A.Əsədzadə 2000-2004-cü illərdə Qafqaz Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakultəsində Menecment (Bank işi üzrə) ixtisası üzrə təhsil almışdır.
Rəşad İsrafilov kariyerasında artıq 10 ildən çoxdur ki bank sahəsində fəaliyyət göstərir. Daha öncə müxtəlif banklarda və özəl şirkətlərdə Baş analitik, Maliyyə direktoru, Korporativ şöbənin müdiri vəzifələrində çalışmışdır.
R. İsrafilov 2021-ci ildən etibarən Rabitəbankda çalışır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Kibernetika fakultəsində təhsil almışdır. GAF – 2013, Trade Finance – 2015, Financial Accounting – 2016 sertifikatlarına sahibdir.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























